28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rəşad Sadıqov baş məşqçi postunda niyə əvəzlənib?

UEFA Gənclər Liqasında mübarizə aparacaq “Qarabağ”ın U-19 komandasının baş məşqçi postunda Rəşad Sadıqovun Aftandil Hacıyevlə əvəzlənməsinin səbəbi məlum olub.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə Ağdam təmsilçisinin icraçı direktoru Əmrah Çelikəl açıqlama verib.
 
O, bildirib ki, dəyişikliyə səbəb Sadıqovun kapitanı olduğu “Qarabağ”ın əsas komandasının da Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış etməsidir: “Qarabağ” daha əvvəl AFFA-nın təşkil etdiyi U-19 Liqasının qalibi kimi Gənclər Liqasına vəsiqə qazanıb. Lakin daha sonra əsas komandamız ÇL-in qrupuna düşüb. Belə olan halda, Sadıqovun baş məşqçi kimi U-19-u meydana çıxarması mümkünsüzdür. Çünki “Qarabağ” və “Çelsi”nin U-19-ları arasındakı görüş əsas komanda ilə eyni gündə - sentyabrın 12-dədir. Digər qrup matçları da bu cür olacaq. Ona görə də U-19-u müvəqqəti olaraq Aftandil Hacıyevə həvalə etməyi məqsədəuyğun saydıq. Gələcəkdə Sadıqovun yenindən öz postuna qayıtmasını istisna etmirik”.
 
Qeyd edək ki, sentyabrın 12-də Londonda “Qarabağ” və “Çelsi”nin U-19 komandaları arasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:05-də, əsas komandaların oyunu isə saat 22:45-də başlayacaq.

report


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31