28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Samir Abasov: “Qriqorçuka təşəkkür edirəm, bu, söz xətrinə deyilmiş söz deyil”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasovun Futbolxeber.az saytına müsahibəsi

- Komandanız yoxlama oyununda “Qəbələ”ni məğlub etdi. 3:1 hesablı qələbəni necə şərh edərdiniz?

- İstəyirdik ki, həftəlik oyun qrafikindən çıxmayaq. Buna görə də yoxlama oyunu keçirməyimiz mütləq idi. Millinin matçlarına görə yaranmış 2 həftəlik fasilədən səmərəli yararlanmaq istədik. “Qəbələ” rəhbərliyinə və rəqibin baş məşqçisi Roman Qriqorçuka təşəkkür edirəm ki, bizimlə oynamağa razılaşdılar. Bu, söz xətrinə deyilmiş söz deyil, çünki bildiyim qədəri ilə onların başqa planları var idi. Ölkə xaricində yoldaşlıq görüşü keçirməli idilər. Məlumatımın nə dərəcədə doğru olduğunu bilmirəm. Bizim üçün də yaxşı oyun alındı. Belə rəqiblərlə oynamaq hər zaman xeyrimizədi. Sabah (bu gün-red.) istirahət günümüzdü. Daha sonra isə “Neftçi” ilə qarşılaşmaya hazırlaşacağıq.

- Bu cür fasilələrin komandaya faydası var?

- Fasilədə 3 futbolçumuz 21 yaşlılardan ibarət yığmaya dəvət alıb və hamısı da əsas heyətimizin üzvləridi. İstərdim ki, onlar da bu gün bizimlə olsun. Yeganə məyusedici məqam odu ki, onlar millinin heyətində meydana çıxmırlar. Oyun qrafikindən kənara çıxırlar. Amma bu millidi bütün futbolçular oynamır. Fasilə müddətini səmərəli şəkildə keçirdik.

- U-21-dən fərqli olaraq, əsas milliyə oyunçu verə bilmədiz...

- Buna görə narazı deyiləm. Hər il olduğu kimi, bu dəfə də “Sumqayıt”da yeni futbolçular çoxdu. Cavid İmamverdiyev, Rəşad Eyyubov kimi oyunçularımız var. Ümid edirəm ki, milliyə dəvət alacaqlar. Üzərində çox işləməlidilər. Əvvəlki klublarında daimi oynamayıblar ki, yığmanın baş məşqçisinin diqqətini cəlb etsin. “Sumqayıt”da belə şans var, çünki əsas heyətdə oynayırlar. Düzdü, burda da heç kim zəmanət vermir ki, onlar daim meydana çıxacaqlar. Amma özlərini yaxşı tərəfdən göstərsələr milliyə dəvət ala bilərlər. Ümidverici bir şey var ki, çox çalışırlar. İnanıram ki, məşqçilərin diqqətini cəlb edəcəklər.

- Premyer Liqada 3 oyuna 3 xal toplamısınız. Bu vəziyyət sizi narahat etmir?

- Çox narahat edir. Amma mövsüm yeni başlayıb. Tam səmimi deyirəm, bizə vaxt lazımdı. Yeni futbolçularmızdan istədiyimizi tam ala bilmirik. İnanıram ki, zamanla bu futbolçulardan tam istədiyimizi alacağıq. Bacarıqlı futbolçulardı, amma komanda şəklində bir az geri qalırıq.

- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. Bu komandanı son dəfə öz meydanınızda məğlub etmişdiniz...

- “Neftçi”nin yeni baş məşqçisi var. Düzdü, müvəqqəti gətirilib. İnanıram ki, Elşad Əhmədov uzun müddət bu komandada qalacaq. Pro kateqoriyasını bir yerdə oxuyuruq. Necə deyərlər “odnoklassnik”ik. Yeni məşqçi gələndə ab-hava dəyişir, yaxşılığa doğru irəliləyiş olur. “Neftçi”nin güclü futbolçuları var, çətin olacaq. Amma evdə qarşılaşacağıq, əlimizdən gələni edəcəyik ki, uğur qazanaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31