29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Millət vəkili: “Valehin transferi Azərbaycan futbolu üçün uğur sayılmalıdı”

Millət vəkili Fazil Mustafa “Bakı”nın hücumçusu Valeh Seyidovun Portuqaliyanın “Louletano” klubu keçidini şərh edib.

Futbolxeber.az saytının məlumatna görə, millət vəkili Valehin yığma məşqçilərinin diqqətindən kənarda qalması ilə bağlı narzılığını da bildirib:

- Bu xəbəri böyük sevinclə qarşıladım. Virtual və həyat dostluğumda olan Valehin ikinci divizionda oynayan Portuqaliya klubu ilə müqavilə bağlaması və legioner həyatına başlaması Azərbaycan futbolu üçün diqqqətəlayiq uğur sayılmalıdır.

Doğrudur, bu cür futbolçuları bizim yığmanın məşqçiləri çox vaxt görmürlər, xaricdən elə də keyfiyyəti olmayan idmançıları gətirib milliləşdirməyə üstünlük verirlər, ancaq Valeh kimi oğullar öz xarakteri ilə bu gözlərin də açılmasına bəlkə də yardımçı olacaqlar.

Bir neçə yaş qruplarında çempionatların bombardiri olan "Bakı" futbol komandasının yetirməsi Valehi olimpiya yığma komandasına da, milli komandaya da çağırmadılar, əvəzində Portuqaliya klubu kəşf etdi ki, Azərbaycanda belə bir futbolşu var. İnşaallah, Valeh də qətiyyən arxayın düşməz, öz iradəsini ortaya qoyub, Portuqaliyada tanınmış və faydalı futbolçuya çevrilər, nəticədə Azərbaycan yığmasının da bir gün işinə yarayar. Uğurlar, Valeh Seyidov, ürəkdən təbrik edirəm!

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31