19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Rəşad Sadıqov: "Məni futbolçu edən azarkeşlər olub"

Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov San Marino ilə futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup oyunundan sonra brifinq keçirib. Futbolxeber.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçi əvvəlcə matçı dəyərləndirib.
 
- Oyuna yaxşı hazırlaşmışdıq və istəyirdik ki, Norveçlə oyundakı məğlubiyyəti unutduraq. Uşaqlar yaxşı futbol nümayiş etdirdilər. Yaxşı, düşünülmüş hücumlarımız oldu. Rəqibə demək olar ki, oynamağa imkan vermədik. Komandanı təbrik edirəm.
 
- Oyun boyu səndə xüsusi motivasiya vardı. Sanki millinin ilk 2 qoluna sevinmədin və soyuqqanlı reaksiya verdin...
 
- İndiyə qədər çalışmamışam ki, kiməsə nəyisə sübut edim. Məlum məsələyə görə, oyundan öncə də çox gərgin idim. Norveçlə oyunda vurduğum avtoqol, Şimali İrlandiya ilə görüşdə son dəqiqələrdə etdiyim səhv. Mən oyunları optimal formada keçirməmişəm. Şimali İrlandiya ilə oyuna fikir versəydiniz, mən yaxşı hazırlaşa bilməmişdim. Heç vaxt öz oyunumu tərifləməmişəm və həmin səhvlərdən sonra məndə böyük gərginlik vardı. İstəyirdim ki, 3 gün tez gəlsin və bu oyunda nəyisə unutduraq. Ancaq bu tarixdə qalan məqamlardır və heç vaxt unudulmayacaq. 
 
- Milli komandanın heyətində uzun zaman idi ki, fərqlənmirdin. 7 ildən sonra qol vurmaq üçün darıxmışdın?
 
- 35 yaşımda ilk dəfə idi ki, cərimə zərbəsini texnika ilə yerinə yetirdim. Bundan əvvəl ancaq qüvvətli zərbələrlə yerinə yetirmişdim. Amma məsafə də yaxın olduğundan, belə alındı. Uşaqlar sağ olsunlar ki, şərait yaratdılar və cərimə zərbəsini mən vurdum.
 
- Bununla stadionda Rəşad Sadıqov sevgisini yenidən hiss etdin?
 
- Məni futbolçu edən azarkeşlər olub. Xeyli mükafatlar da, pullar da qazanmışıq. Ancaq mənim üçün birinci növbədə azarkeş sevgisidir. Azarkeşin sevgisini itirmək çox ağırdır. Bu gün onların qoldan sonra "Rəşad, Rəşad" qışqırmaları mənim üçün mükafatdan da artıq idi. 
 
- Mətbuatda "Neftçi"yə və ya 21 yaşlılardan ibarət milli komandaya baş məşqçi kimi keçəcəyin yazılır...
 
- Mən hazırda "Qarabağ"ın futbolçusuyam və indidən bu haqda danışmaq istəmirəm. 
 
- İndi yox, yəni qışdan sonra belə bir fikirin var?
 
- Hazırda futbola yüklənmişəm. Karyeramı bitirmək kimi fikirlər beynimdən keçir. Ancaq hələ ki, klubuma məxsusam və müqaviləm var. Klub rəhbərliyindən və məşqçilər korpusundan da çox şey asılı olacaq. Çox həssas insanam və deyilən hər bir fikir mənə təsir edir. Çempionlar Liqasının qrup mərhələsini oynayaq və ondan sonra nəsə olsa, qərarımı bildirərəm. 
 
- "Qarabağ"ın yeni transferlərini necə dəyərləndirərdin?
 
- Legionerlərin hər ikisi təcrübəli futbolçudur. Onlara ehtiyacımız var idi. Yaradıcı oyunçulardır və hər zaman heyətimizdə belə futbolçuları görmək istəyirik. Ümid edirəm ki, komandaya xeyir verəcəklər. 
 
- Tarik Elyunussi ilə Norveçlə oyundan sonra söhbət etdiniz?
 
- Yox söhbətimiz olmadı. Sadəcə, oyundan sonra əl sıxdıq.
 
- Ramil Şeydayev haqda nə deyərdin?
 
- Ramil də istəkli oyunçudur. Onun istedadı hamıya bəllidir. Son dönəmlərdə klubunda əsas heyətə düşə bilmirdi və formasını az-çox itirmişdi. Ancaq ümid edirəm ki, "Qarabağ"ın heyətində yenidən öz oyununu bərpa edəcək və uğurlu çıxışı ilə yadda qalacaq.
 
- Millidə son oyunlarını keçirdiyini düşünmək olar?
 
- Bəli, mən deyərdim sondur.
 
- Çexiya ilə oyun öncəsi bu qələbə sizə motivasiyə verir?
 
- Bilirsiniz, ilk oyunlarda topladığımız 7 xal bizi aldatdı. Bu gün bizim səfərdə Norveç millisi ilə etdiyimiz nəticə reallıqdır, Şimali İrlandiya ilə oyunumuz reallıqdır. Ancaq əsas reallıq budur ki, biz qrupu 13 xal yığaraq 3-cü ya 4-cü yerdə bitirə bilsək, yaxşı olacaq. Növbəti püşkatmaya 4-cü səbətdən qoşula bilməyimiz də əla nəticədir. Hər şey yavaş-yavaş baş verir. Həlledici oyunlarda ustalıq çatmadıq. Bu qrupda çox yaxşı çıxış etdik deyərdim. Şimali İrlandiya, Çexiya ilə oyunlarda, hətta Almaniyaya uduzsaq belə, yaxşı futbol nümayiş etdirmişdik. Hər kəs bizdən çox şey gözləyir və biz də bunu dərk edirik. İrəli çox addım atdıq. 
 
- Müsahibələrinin birində bildirmişdin ki, indiyə qədər heç nə etməmişəm və istəyirəm ki, millinin heyətində yaxşı çıxış edərək, futboldan uzaqlaşım...
 
- Azarkeşlərin, xalqımızın dövlətimizin sevincini gördük, dəstəyini hiss etdik və ondan sonra bildim ki, nəsə etmişik. O vaxtadək hesab edirdim ki, ciddi nailiyyətimiz olmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30