19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Şeydayev: "Mütləq qol vurmalıyam"

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino ilə oyundan sonra (5:1) jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az sizi həmin açıqlamalarla tanış edir:
 
- Bu gün də millidə qol hesabını aça bilmədin. Nə çatışmır? Ustalıq, yoxsa...?
 
- Bilmirəm. Ola bilər ki, ustalıq səviyyəm çatmır. Daha çox çalışmaq lazımdı. Mütləq qol vurmalıyam və buna cəhdlər edirəm.
 
- “Qarabağ”a keçid öz qərarın idi, yoxsa valideynlərin belə istədilər?
 
- Öz qərarım idi, məsləhətləşdim, bunu seçdim. “Qarabağ”da oynamaq millidə daimi çıxış etmək üçün də çox yararlı olacaq.
 
- Əsas heyətdən kənarda qalmaqdan qorxmursan?
 
- Asan olmayacaq, ancaq özümü sübut etməliyəm. Bunu bacarsam, heyətə də düşəcəm.
 
- Keçidində “Qarabağ”ın Çempionlar Liqasında oynamağının təsiri oldumu?
 
- Əlbəttə, əsas səbəb elə bu oldu. Oynamasa da, düşünərdim, ancaq bu, əsas amildi.
 
- Prosineçki oyundan sonra nə dedi sizə?
 
- Hər kəsi təbrik etdi. Mənə dedi ki, ruhdan düşmə, belə davam et.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30