29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Çexiyadan xal almaq istəyirik"

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki DÇ-2018-nin seçmə mərhələsində San-Marino yığmasına 5:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az xəbər verir ki, xorvatiyalı mütəxəssis "Bakcell Arena"da jurnalistlərin suallarını cavablandırıb.
 
- Norveçə məğlubiyyətdən sonra göstərdik ki, yaxşı oynaya bilirdik. 90 dəqiqə ərzində üstünlük bizdə idi. 3 qoldan sonra yenə hücum edirdik. Norveçlə oyunda çoxlu səhvlər etmişdik. Elə məğlubiyyətdən sonra bu cür oyun məni sevindirdi. Məndə olan məlumata görə, Azərbaycan millisi ilk dəfə rəqib qapısından 5 top keçirdi.
 
- Debütant Təmkin Xəlilzadənin oyunundan razı qaldınızmı?
 
- Bəli. İlk oyunu idi. Çox iş düşməsə də müdafiədə yaxşı görünürdü. Hücuma aktiv qoşulurdu.
 
- Hazırda komandanın 10 xalı var və 3-cü yerdədi. Bundan sonra hədəf nədi?
 
- Növbəti ayda iki oyunumuz var. Əvvəlcə Çexiyaya qarşı oynayacağıq. İlk növbədə yaxşı oynamalıyıq. Çexiyadan xal almaq istəyirik. Amma Almaniya ilə səfər oyununda yaxşı futbol göstərməliyik.
 
- Dmitri Nazarov Norveçlə oyunda sarı vərəqə aldı və bu gün oynamadı. Həmin matçda belə görünürdü ki, sanki qəsdən faulları çox edirdi. Bunu sizin tapşırığınız hesab etmək olarmı ki, növbəti oyunlar üçün vərəqə sayı “sıfırlansın”?
 
- Heç vaxt oyunçularıma belə tapşırıq vermirəm. Bundan sonra da fikirləşmirəm. Bəlkə, Nazarov özü bunu fikirləşib. Məndən belə tapşırıq olmayıb.
 
- Rinat Dadaşov debüt etdi. Amma o qədər də aktiv görünmədi. Gələcək matçlarda ona güvənəcəksizmi?
 
- Dünən də demişdim ki, ona şans verəcəm. İndidən tələsmək lazım deyil. Növbəti matçlarda meydana çıxıb-çıxmayacağı təlim-məşq prosesindən asılıdı. O, əvvəlcə “Ayntraxt”da əsas komandaya yüksəlməlidi. Yəqin ki, növbəti tsiklda daha çox meydanda olacaq.
 
- Rəşad Sadıqov yenə müfadiədə boşluqlar buraxırdı. Bununla bağlı nə deyə bilərsiz?
 
- Bu gün kobud səhvlər eləmədi. Paslarda ola bilsin ki, qeyri-dəqiqliklər var idi. Milli üçün vacib addı. Ümumiyyətlə, Azərbaycan futbolu üçün əhəmiyyətli futbolçudu. Növbəti matçlarda fiziki durumu imkan versə, meydana çıxacaq. Oynamasa belə, millinin toplanışlarında iştirak edəcək.
 
- Ruslan Abışov komandanızda niyə özünə yer tapa bilmir?
 
- Bəlkə də onu sala bilərdim. Amma qərar başqa cür oldu. Bilirəm ki, necə futbol oynaya bilir. Ancaq bugünkü forması məni tam qane eləmir. “Neftçi”də daim oynasa, millidə meydana çıxmaq ehtimalı çoxalacaq.
 
- Əksəriyyət Ramil Şeydayevdən qol gözləyirdi. Siz necə?
 
- Bu gün yaxşı oynadı. Çox əzmkar futbolçudu. Təəssüflər olsun ki,şanslardan istifadə edə bilmədi. Bir qol vursa, ayağı açılacaq. Uzun müddətdi oynamırdı. İnanıram ki, tezliklə formasını bərpa edəcək. Mən ondan qol istəyirdim və gözləyirdim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31