19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Skenderbeu"nun baş məşqçisi: "Əgər burda yaxşı nəticə qazansaq..."

Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Albaniya "Skenderbeu"sunun baş məşqçisi Mirsal Yosa bu gün oyunöncəsi mətbuat konfransı keçirib.

- Sabah bizim üçün çox vacib bir oyundur. Bu, həm özümüz, həm də Albaniya futbolu üçündür. Bildiyiniz kimi, biz ölkəmizin üçqat çempionuyuq. İstəyirik ki, son 2 mövsümdə daha yaxşı oyun göstərək, nəticə qazanaq. Oyunun çətinliyini dərk edirik. Hansı komandaya qarşı oynadığımızı bilirik. Komandanın maliyyə vəziyyəti haqda məlumatımız var. Ancaq futbolda önəmli pul yox, oynamaqdır. Biz təkcə Albaniyadan yox, daha güclü komandalar qarşı da oynamışıq. “Neftçi” kimi Avstriyada təlim-məşq toplanışı keçmişik. Təlim-məşq toplanışında oyunumuzu gördülər, biz də həmçinin onların. Ancaq “Neftçi” ilə sabahkı oyunda fərqli komanda görəcəyik. Komandalara “Fair Play” arzulayıram. Mən futbolçularıma inanıram.

- “Neftçi”dən hansı futbolçulardan ehtiyatlanırsınız?

- Rəqibimizin bir neçə oyununa baxmışıq. Çox güclü futbolçuları var. Təbii ki, canlı oyun videogörüntüdən fərqlənir. “Neftçi”nin kapitanını (Rəşad Sadiqov nəzərdə tutulur-red) fərqləndirərdim. 7 nömrənin (Araz Abdullayev) yaxşı keyfiyyətləri var. Orta xətdə braziliyalı futbolçunu (Flavinyo) qeyd edərdim. Çünki çox fərqli oyun üslubuna malikdir. 10 nömrəli futbolçu (Julius Vobay) da yaxşı fərdi keyfiyyətlərə malikdir. Həmin futbolçular oyunda öz sözlərini deyə bilərlər.

- “Neftçi”nin güclü azarkeş dəstəyinə malik olmağı sizi qorxutmur?

- Futbolda qorxaq oynamaq lazım deyil. Böyük dəstəyin olmağı normal haldır. Belə atmosferdə oynamaq daha yaxşıdır. Arzu edirəm ki, sabah həm burda, həm də evdə yaxşı dəstək olsun.

- “Neftçi”dəki həmkarınız hücum futbolu oynayacağını, rəqibdən açıq futbol görmək istədiyini deyir...

- Əminəm ki, “Neftçi” hücum futbolu oynayacaq. Yalnız müdafiə olmaq fikrində deyilik. Biz də hücum futbolu oynayacağıq. Müdafiə futbolu oynayanda, özümüz üçün problem yarada bilərik. Beynəlxalq oyunlarda təcrübə çox vacibdir. “Neftçi”nin ötən mövsüm uğurlu çıxışı, nəticələrdən xəbərimiz var. Ancaq əsas hazırkı şərait, ab-hava daha vacibdir.

- Böyükağa Hacıyev mətbuat konfransında onu da bildirib ki, Albaniyadakı oyun onlar üçün evdəkindən asan olacaq...

- Fikrimcə, hər oyun çox çətin olacaq. Biz indi ikinci oyun haqda fikir yürüdə bilmərik. İlk 90 dəqiqəni oynasaq, cavab matçını sonra fikirləşərik. Əgər burda yaxşı nəticə qazansaq, evdə bizə daha çətin olacaq. Çünki “Neftçi”nin ötən mövsüm Avropa Liqasında səfərdəki nəticələri - Kiprdə APOel, İtaliyada “İnter”lə oyunlarda qazandıqlarından xəbərimiz var.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30