20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Emin Mahmudov: “Ehtiyatda oturub pul almaq mənlik deyil”

Millimizin futbolçusu Emin Mahmudov Portuqaliyanın "Boavişta" klubundan ayrılmasına münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, 25 yaşlı futbolçu ehtiyatda daha çox vaxt keçirməsinin qərarında həlledici amil kimi qeyd edib: "Boavişta" ilə gələn mövsümün sonuna qədər müqaviləm var idi. Amma klubdan ayrılmaq, yeni ünvana üz tutmağa qərar verdim. Portuqaliyada hər şey mənim və ailəmin ürəyincə idi. İki mənfi cəhət vardı - oyun praktikasının azlığı və bir sıra portuqal klublarının oynadığı futbol. Mənə elə gəlirdi ki, bu ölkədə hər şey topa nəzarət, dəqiq ötürmələr üzərində qurulub. Reallıq budur ki, əksər komandalar ucaboy hücumçuya hava ötürməsi edib rəqibin cərimə meydançasına yaxınlaşmağa çalışırdı. Ümumilikdə futbol sürət üzərində qurulmuşdu. Hər şeyi cəld etmək tələb olunurdu".

Yarımmüdafiəçi çempionatın üçüncü turundan sonra "Boavişta"dan ayrılmağa qərar verdiyini deyib: "Burada olduğum müddətdə cəmi 3 oyunda start heyətində meydana daxil olmuşam. Qalan görüşlərdə isə meydana sonradan daxil olmuşam və bu, mənim ürəyimcə deyildi. Müqaviləmi pozmaq qərarına yeni mövsümün ilk 3 turundan sonra gəldim. Başa düşdüm ki, baş məşqçinin planlarına daxil deyiləm. Bəzən rahat şəraiti qoyub daha çətin yolu seçmək lazım olur. 25 yaşım var, gələcəyə baxmaq vacibdir. Meydana çıxmamaqla vaxt itirmək yolverilməzdir. Ehtiyatda oturub pul almaq mənlik deyil. Daimi oynamaq istəyirəm".

Mahmudov gələcək karyerası haqda da danışıb:  "Bu məsələni agentimin ixtiyarına buraxmışam. Rusiyaya qayıdacağımla bağlı dəqiq məlumat verə bilmərəm. Onu deyə bilərəm ki, Rusiya çempionatını, mənə yaxın olan futbolçuların oyunlarını izləyirəm" (Futbol11.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30