28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Moskva MOİK-inin sabiq futbolçusu: "Qarabağ" etdiyinə bəzən 10 illər gedir"

"İlk növbədə "Qarabağ"ın Çempionlar Liqasının qrupuna düşməsi münasibətilə təbriklərimi qəbul edin. İndi bu komandanı Azərbaycan futbolunda ən tarixi, eyni zamanda çətin yol gözləyir. Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsində rəqiblər çox güclüdü. Ancaq inanıram ki, "Qarabağ" burada da öz sözünü deyəcək".
 
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Sport24.az-a eksklüziv açıqlamasında Moldova milli komandasının və Rusiya MOİK-in sabiq futbolçusu Sergey Dadu bildirib.
 
Ölkəsində tanınan futbolçulardan olan, Rusiyada "Alaniya"da da çıxış etmiş, Danimarkada isə "Midtyuland"da forma geyinmiş keçmiş hücumçuya bu ölkənin futbolu da yaxşı bələddi. Buna görə Sergey təmsilçimizin Çempionlar Liqaısnın pley-off mərhələsində Danimarkanın ən tanınmış klubu olan "Kopenhagen"i mübarizədən kənarlaşdırmasına önəm verir: "Qarabağ" bundan öncə vaxtilı oynadığım "Şerif"i üstələdi. Çempionunuz bu matçlarda məndə çox mobil, sürətli komanda təsiri bağışladı. Hansı ki, çox yüksək tempdə oyun nümayiş etdirir. Sabiq klubum "Şerif"ə nə qədər hörmətlə yanaşmağıma baxmayaraq, ağdamlılar əhəmiyyəti dərəcədə sürətli idilər".
 
Dadu "Qarabağ"ın bu yüksəlişini indinin yox, klub rəhbərliyinin uzunmüddətli gördüyü düzgün işin nəticəsi sayır: "Ağdam klubu 2010-cu ildən başlayaraq əsas komandaya və ümumilikdə futbola əhəmiyyətli dərəcədə sərmayə qoymağa başladı. Bu, tədricən bəhrəsini verirdi. Nəticədə "Qarabağ" 3 dəfə Avropa Liqasının pley-off mərhələsinədək irəlilədi. Almaniya Bundesliqasının təmsilçiləri - əvvəlcə Dortmund "Borussiya"sı, sonra Frankfurt "Ayntraxt"ı ilə qarşılaşdı. "Borussiya" ilə matçları çox yaxşı xatırlayıram. "Qarabağ" növbəti illərdə artıq yüksək nəticə verdi - 3 il ardıcıl Avropa Liqasının, bu ilsə Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısı oldu. Göründüyü kimi, komanda dalbadal 4 ildir qrupa düşür".
 
Sergeyin bu nəticələrə belə tez nail olan komandanı xatırlamağın çətin olduğunu bildirib: "Açığı, belə qısa zaman kəsiyində Çempionlar Liqası səviyyəsinədək yüksələn klub xatırlamıram. Bəzən bunun üçün 10 illər gedir. "Qarabağ" isə bunu çox tez etdi. Təbii ki, uğurlu çıxışda komandanın heyətinin güclü olması, yüksək səviyyəli futbolçuları, legionerləri də böyük rol oynadı. "Qarabağ"da Donald Gerrye, İbrahiç Şehiç, Dino Ndlovu, Migel Madera diqqətimi xüsusilə çəkdi. Fkrimcə, onlar Azərbaycan çempionatından qat-qat yüksək səviyyədə çıxış edə bilərlər".
 
Futbolçu karyerasını 4 il öncə "Şerif"də bitirmiş 36 yaşlı Dadu "Qarabağ"ın baş məşqçisi olan həmkarı Qurban Qurbanov haqda da xoş sözlər işlədib. Özü də o, vaxtilə rəqib olduğu millimizin bombardirini yaxşı xatırlayır: "Mənə Qurban Qurbanova qarşı 2 dəfə oynamaq nəsib olub. Bunlardan biri 2004-cü ildə Kişinyovda olub ki, həmin yoldaşlıq görüşündə 2:1 hesabı ilə qalib gəlmişik. Qurbanov hesabı açmışdı, sonradan isə mənə 2 qol vurmaq nəsib oldu. Nəticədə əzmkar qələbə qazandıq. Onu çox inadkar futbolçu, müdafiəçilər üçün çətin hücumçu kimi xatırlayıram. Qurban Qurbanov bütün müdafiə xəttinə yüksək təzyiq göstərirdi. Səhv etmirəmsə, o, Azərbaycan yığmasının tarixində ən yaxşı hücumulardan sayılır. Fikrimcə, Qurban Qurbanov çox məqsədyönlü futbolçu kimi olan ruhunu indi komandasına aşılayır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31