20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Əfran və Ruslan 200-ə çatdı

Topaz Premyer Liqasının 3-cü turu “Neftçi”nin kapitanı Ruslan Abışov və “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov üçün əlamətdar olub.
 
Futbolxeber.az saytının məlumatına görə, hər iki futbolçu çempionatda 200-cü oyununa çıxıb.
 
Ölkə çempionatında 2006/07 mövsümündə “Neftçi”nin heyətində debüt edən Ruslan 11-ci mövsümünü keçirdiyi yarışda 4 klubun formasını geyinib. O, 200 matçda 17 qol sevinci yaşayıb.
 
Daha çox – 126 dəfə “Neftçi” ilə oyun keçirən Abışov “Qəbələ”də 44, “Xəzər Lənkəran”da 17, “İnter”də 13 dəfə meydana çıxıb.
 
Ölkə çempionatında 2006/07 mövsümündə debüt edən İsmayılov isə ilk matçını da “Qarabağ”da keçirib. Onun 200 çempionat matçından çoxu – 153-ü Ağdam klubunda baş tutub. Daha 4 klubun şərəfini qoruyan yarımmüdafiəçi “Bakı”da 17, “İnter”, “Turan” və “Xəzər Lənkəran”ın hərəsində 10 görüşə çıxıb.
 
Ümumilikdə 12-ci mövsümdür ölkə çempionatında iştirak edən Əfran çıxış etdiyi 5 klubda üst-üstə 35 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30