29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Prosineçki: “Təəssüf ki, bu suala cavab verə bilmirəm”

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Premyer Liqanın "Qarabağ" - "Qəbələ" matçından əvvəl jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını və rəqiblərini necə dəyərləndirirsiniz?

- İlk növbədə, fürsətdən istifadə edərək, "Qarabağ"ı Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə təbrik etmək istərdim. Çünki bu, ölkə futbolu üçün çox önəmli hadisədir. Qrupa gəldikdə, Çempionlar Liqasında asan rəqib yoxdur. "Çelsi", "Roma" güclü rəqiblərdir, "Atletiko" barədə heç danışmaq istəmirəm. Onların necə futbol oynadıqlarını bilirik. Əsas odur ki, "Qarabağ" bu işin öhdəsindən gələ, tarixi addım ata bildi. Qrup mərhələsinin startını gözləməliyik. Amma "Qarabağ" çox çətin qrupa düşüb.

- Avrokubok oyunları zamanı komandalarımızı izləmədiyiniz üçün çox tənqid olundunuz. Niyə qarşılaşmaları canlı izləmirdiniz?

- Mən tətildə idim, burada deyildim. Belə mövsümdən sonra mən də məzuniyyət qazanmışdım. Məni nəyə görə tənqid etdiklərini bilmirəm. Stadionlarda olmasam da, sözsüz ki, bütün oyunları televiziya vasitəsilə izləmişəm.

- Norveçlə oyuna cəmi 4 gün qalmış vəziyyəti necə qiymətləndirirsiniz?

- Hələ bu gün oyun var. Sabahdan hazırlıq başlayır. Hazırlığın necə keçəcəyini deyə bilmərəm. Ümidvaram ki, oyunçular sağlam qalacaqlar və zədələnən olmayacaq.

- Düşünmürsünüzmü ki, hazırda millidə ən zəif nöqtə qapıdır? Kamran Ağayev oyun praktikasından əziyyət çəkir, Səlahət Ağayev səhvlər buraxır...

- Təkcə hazırkı matçdan əvvəl yox, son 6 ayda Kamranda oyun təcrübəsi az idi. Ağayev əksər matçlarda meydana çıxmırdı. Bununla belə, hazırda ondan yaxşı qapıçı yoxdur ki, milliyə çağırım.

- Ramil Şeydayev Slovakiya "Jilina"sına, Emin Mahmudov isə Portuqaliya "Boavişta"sına lazım olmadı. Sizcə, azərbaycanlı legionerlər niyə xarici klublarda möhkəmlənə bilmirlər?

- Təəssüf ki, bu suala cavab verə bilmirəm. Problemin nədə olduğunu deməkdə çətinlik çəkirəm.

- Norveçlə ev oyununda Azərbaycan yığması qalib gəlsə də, çətinliklə üzləşdi. Səfər matçında milli komanda xal qazanmaq iqtidarındadırmı və nəyə ümid edə bilər?

- Mən də sizə sual verim: Şimali İrlandiya ilə Bakıdakı oyundan əvvəl 3 xal qazana biləcəyimizə ümid var idi? Uduzsaq da, britaniyalılara qarşı göstərdiyimiz oyun məndə ümid yaratdı ki, xalla qayıda bilərik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31