28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ayxan Abbasov: “Bundan sonra işimiz daha ağır olacaq”

Topaz Premyer Liqasının III turunda “Zirə” öz meydanında “Sumqayıt” üzərində 3:1 hesablı qələbə qazanıb. Futbolxeber.az saytının məlumatına görə, oyunsonrası mətbuat konfransında komandanın baş məşqçisi Ayxan Abbasov qələbə barədə bunları deyib:

“Fürsətdən istifadə edib ilk növbədə “Qarabağ”ı təbrik edirəm. Komanda hər kəsin arzusunu reallaşdırdı. Futbolçu və məşqçi karyeramda “Qarabağ”ın, Qurban Qurbanovun böyük rolu var.

Oyuna gəldikdə, bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. Çünki “Kəpəz” üzərində qələbədən sonra komandada arxayınlaşma ola bilərdi. Həftə boyu bunun üzərində çalışdıq. İlk hissədə də göründü ki, futbolçularda arxayınlaşma var. Fasilədə oyunçularla söhbətimiz oldu. Fasilədən sonra “Zirə” kimi oynadıq. İkinci 45 dəqiqədə taktiki cəhətdən düzgün çıxış etdik. “Sumqayıt” da yaxşı komandadır. Artıq onların da heyətlərində təcrübəli futbolçular çıxış edir. Ardıcıl üçüncü qələbəmizi qazandıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Bundan sonra işimiz daha ağır olacaq”.

- Demək olar ki, bugünkü oyunun taleyini əvəzetmə həll etdi?

- Vüsal İsgəndərlidə potensial görmüşük. Keçən ildən komandadadı. Amma onda sanki nəsə çatışmır. Bu səbəbdən də üzərində çox çalışırıq, fərdi söhbətlər aparırıq. Bu matçdan əvvəl də ona demişdim ki, qol vurmalısan. Oyundan öncə Vüsala əsas heyətdə şans vermək barədə xeyli düşündük. Ehtiyatda qalsa da, sonrada meydana çıxıb sözünü dedi. Amma gələcəkdə üzərində daha çox çalışmalıdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31