20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Almanlar "Qarabağ"dan yazdı: “Çempionlar Liqasında vətənsiz, qaçqın klub”

Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”i mübarizədən kənarlaşdıraraq Azərbaycan futbol tarixində ilk dəfə qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” dünya mediasının diqqət mərkəzinə düşüb.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, Almaniyanın nüfuzlu “Die Welt” qəzetində dərc olunmuş “Çempionlar Liqasında vətənsiz, qaçqın klub” başlıqlı yazıda qeyd olunub ki, “Qarabağ” təkcə Ağdamın deyil, bütün Azərbaycanın qürurdur:

“Qarabağ” (Ağdam) - bu komanda Çempionlar Liqasında çıxış edir. Dağlıq Qarabağ bölgəsini təmsil edən bu kiçik klub 1993-cü ildən ev oyunlarını Ağdamda keçirə bilmir. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək ilk Azərbaycan komandasıdır.

“Kopenhagen”lə oyundan sonra vətənə qayıdan komandanı hava limanında minlərlə azarkeş qarşıladı. Onlar oxudu, rəqs etdi və qəhrəman futbolçularına dəstək verdilər. Azarkeşlər hələ “Kopenhagen”lə oyun başa çatan kimi Bakı küçələrinə çıxaraq komandalarının zəfərini qeyd etdilər.

1990-cı illərdən başlayan Ermənistan - Azərbaycan münaqişəsi nəticəsində minlərlə azərbaycanlı öz doğma yurdundan didərgin düşüb və hələ də geri qayıda bilmir. “Qarabağ” isə “qaçqın” komanda adlanır. Klubun vətəni olan Ağdam o zamandan etibarən “ruhlar şəhərinə” çevrilib. “Qarabağ” klubu 1993-cü ildən bəri ev oyunlarını müxtəlif şəhərlərdə keçirib və nəhayət, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionda qərarlaşıb. “Kopenhagen”lə oyundan sonra komandanın kapitanı Rəşad Sadıqov qürurla bildirib ki, biz çətin sınaqlardan keçmişik.

"Qarabağ" ardıcıl 4 il Azərbaycan çempionu olsa da, Çempionlar Liqasının qrup mərhələsində oynamaq bu komanda üçün çətin olacaq. Klubun illik müdcəsi 12 milyon avrodur. Bu, hər futbolçunun illik gəlirinin orta hesabla 480 min avro olması deməkdir. "Real"ın futbolçusu Kriştiano Ronaldo bu məbləği bir həftəyə qazanır. Baş məşqçi Qurban Qurbanov bundan sonra 1 və ya 2 futbolçu transfer edəcəklərini açıqlayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30