25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Nizami: “3 ildi pulsuz oynayırıq”

"Səbail"lə oyunumuz çox da ürəkaçan olmadı, baxmayaraq ki, 3 xalı qazandıq. Rəqibin aktivliyini qeyd edərdim, yəni çox yaxşı oynadılar. Oyundan sonra hətta onların məşqçilərinə öz fikirlərimi bildirdim ki, "Səbail" həqiqətən yaxşı, mübariz komandadır. Xeyli epizodlar yaratdılar. Ancaq xoşbəxtlikdən bu gün sevinən tərəf biz olduq. Vacib olan 3 xalı qazandıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının III turunda keçirilən “İnter” - “Səbail” (1:0) matçındakı yeganə qolun müəllifi Nizami Hacıyev deyib.

Yenə də millidən kənarda qalan təcrübəli futbolçu yığmanın baş məşqçisi Robert Prosineçki ilə bağlı söyləyib: “Prosineçkiyə bircə sözüm var: ona uğurlar arzulayır və millidən yalnız qələbə gözləyirik. İnanıram ki, "Qarabağ" necə ki, bizi layiqincə təmsil etdi, elə də Azərbaycan millisi bizi sevindirər”.

Hacıyev “İnter”in hazırkı durumuna da toxunub: “Vəziyyət stabilləşir. Baş məşqçi yaxşıdır, hər şey yüksək səviyyədədir. Rəhbərlik lazım olan qayğını göstərir. Düzdür, çatışmayan şeylər var, bunun da aradan qaldırıldığı hiss olunur. Əsas odur ki, qış transfer pəncərəsi dövrünə qədər əlimizdən gələni edib adımıza layiq oyun nümayiş etdirək. 3 ildi pulsuz oynayırıq. O qədər çətinliklərlə üzləşirik ki, mən deyərdim 15 nəfərlə dekabra kimi oynamaq olar”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30