19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Seqoviya: “Azarkeşlər bu gün fərqli "Neftçi" gördülər”

“Azarkeşlər bu gün fərqli "Neftçi"  gördülər. İlk dəqiqələrdən topa yiyələnmək istəyiridik. Təhlükəli məqmalar oldu. Lakin bəxt bizdən üz döndərmişdi. Çalışsaq, ardı da gələcək".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Daniel Seqoviya Topaz Premyer Liqasının III turunda "Kəpəz"lə qolsuz heç-heçədən sonra deyib.

İspaniyalı hücumçu bildirib ki, ilk iki matçda qol vurmaq üçün bu qədər  şansları olmayıb: "Bu ilin fevralından buradayam. Həmin vaxtdan bəri hər matçda qol vururduq. Növbəti oyunlardan bugünü kimi oynasaq, xallarmızı çox olacaq".

Seqoviya Elxan Abdullayevin baş məşqçi postundan istefasına və əsas komandanın müvəqqəti Elşad Əhmədova tapşırılmasına da toxunub: "İki məşqçini müqayisə edə bilmərəm. Hərəsinin öz fəlsəfəsi var. Elşad Əhmədovun rəhbərliyi altında 3 məşqimiz olub. Fikrimcə, Elşad Əhmədovun fəsləfəsi ilə qabağ gedə bilərik. Mənim üçün hansı məqşçinin rəhbərliyi altında işləməyin fərqi yoxdur. Çünki peşəkaram. Elxan Abdullayevlə niyə alınmadığını deyə bilmərəm. Özü istefa verdi. Futbolda keçmişə baxmaq lazım deyil".

O, vəziyyəti yaxşıya doğru dəyişəcəklərinə inamını ifadə edib: "Həmişə təzyiq altında olacağıq. Çünki "Neftçi"yik. Hələ 3 tur keçib, vaxtımız var".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30