28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elşad Əhmədov: “Bu mövsümdə 1-4-cü yerlər uğrunda mübarizə aparmaq olar”

Azərbaycan Premyer Liqasının 3-cü turunda evdə “Kəpəz”lə qolsuz bərabərə qalan “Neftçi”nin baş məşqçi əvəzi Elşad Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolxeber.az xəbər verir ki, Əhmədov öncə oyunla bağlı fikirlərini bildirib:

- Maraqlı oyun oldu. “Kəpəz” yaxşı mübarizə apardı. Bizim uşaqlar da bacardıqları kimi oynadılar. Qalib gəlmək istəyirdik. Komandadan heç nə tələb edə bilməzdim. Çünki cəmi iki gündü onları məşqə çıxarıram. Bir az bəxtimiz də gətirmədi.

- Sizcə, “Neftçi”nin problemi nədir?

- Əsas komandanın işinə o qədər də qarışmamışam. Mənim fikrimcə, komandada fiziki hazırlıq tam qaydasında deyil. 3 gün komandaya taktiki məşqlər keçmişik. Komandada yorğunluq var.

- Sizə qalıb işləmək təklif olunsa komandanı yaxşı vəziyyətə gətirmək olar?

- İstənilən məşqçi bu sualın cavabında deyəcək ki, vaxt lazımdı. Ən azı 6 ay vaxt lazımdı ki, məşqçi öz fikrini futbolçulara aşılasın.

- Onda demək olar ki, mövsüm “Neftçi” üçün bitib?

- Elə deməzdim. Mövsüm hələ yeni başlayıb. Fikrimcə, bu mövsümdə 1-4-cü yerlər uğrunda mübarizə aparmaq olar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31