19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Kəpəz”dən gedən deyiləm"

Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə “Neftçi” ilə heç-heçə edən (0:0) “Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolxeber.az xəbər verir ki, Diniyev əvvəlcə matçla bağlı fikirlərini bildirib:

 - Gərgin oyun idi. Yeni komandayıq. Hamısı cavan uşaqlardı, birinci dəstədən gələn futbolçular var. Səbr etmək, bir az gözləmək lazımdı. Komanda meydanın hər qarışı uğrunda vuruşdu. “Neftçi”nin üstünlüyü var idi, bunu boynumuza almalıyıq. Amma komanda vuruşduğu üçün 1 xalı qazandı. “Neftçi” bu gün ən yaxşı oyunlarından birini keçirdi.

- İlyas Səfərzadə və Kamran Abdullazadə bu dəfə ehtiyatda qalmışdılar...

- Rəqibi analiz etmişdik. Onlar hücumda çox güclüdülər. Buna görə də, dağıdıcı futbolçulardan istifadə etməli idik. Şadam ki, gənc futbolçularımız ansamblı pozmadı. Məşqdə kim daha yaxşı görünürsə, onlardan istifadə etməyə çalışırıq.

- İstədiyinizi aldınmı?

- Gördük ki, komandamızda potensial var. Getdikcə daha da “artırıb”, üstünə qoymalıyıq. Bu gün 1 xal bizim üçün çox vacib idi. Komandanın özünə gəlməsi mənasında bu, böyük önəm kəsb edirdi. Futbolçularımın meydandakı vuruşundan razı qaldım.

- “Neftçi”yə gəlməyi ehtimal olunan məşqçilərin sırasında sizin də adınız çəkilir. Bu “Neftçi”ni qəbul etmək istərdinizmi?

- “Neftçi”nin öz siyasəti var. Komandanın çox yaxşı futbolçuları var. “Neftçi” ilk 2 oyunu belə keçirsəydi, xallar qazanardı. Mən isə “Kəpəz”dən heç yerə gedən deyiləm. Azarkeşlər, rəhbərlik qarşısında öhdəliyim var. Bu futbolçuları mən yığmışam.

- “Kəpəz” çempionatda neçənci yerlər uğrunda mübarizə apara bilər?

- Belə artıraraq davam etsək, istədiyimiz yerdə ola bilərik. Üç oyuna əsasən, bu suala konkret cavab vermək olmaz. Əsas odu ki, stabil oyunumuzu “tutaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30