19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Samir Əliyev: "Vüqar Nadirova 30 yaşından sonra heç nə yedizdirmək lazım deyil"

Topaz Premyer Liqasının III turu çərçivəsində "İnter"in qonağı olan "Səbail"in baş məşqçisi Samir Əliyev mətbuat  konfransı keçirib.

Futbolxeber.az xəbər verir ki, 38 yaşlı çalışdırıcı jurnalistlərin suallarını cavablandırıb:

- "Səbail"in adından "Qarabağ"ı Çempionlar Liqasının təbrik edirəm, onlara uğurlar arzu edirəm. Oyuna gəlincə, məğlub olmalı oyun deyildi. Biz "İnter"dən üstün oynadıq.

- Vüqar Nadirova nə yedizdirmək lazımdır ki, ötürmə də versin?

- 30 yaşından sonra heç nə. Tək Vüqar yox, taktika ilə bağlı bütün futbolçuların üzərində çox işləyirik. Amma hələ ki, istədiyimizi ala bilmirik.

- "Səbail" yaxşı futbol oynamağa çalışır. Bəs oyununuzda çatışmayan nədi?

- Futbolçuların ustalıq səviyyəsi zəifdi. Baxımlı futbol sərgiləməyə çalışırıq. Sadəcə, nəticə çatışmır. Nəticə vacibdi. Bugünkü oyuna görə heç bir futbolçudan narazılığım yoxdu. Oyundan sontra hamısına təşəkkür etdim.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30