24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rövnəq Abdullayevin adından "Keşlə" üçün təzyiqlər

"İnter"in himayəçi Azərbaycan Beynəlxalq Bankından məhrum olması bu klubun qara günlərinin başlanğıcı oldu. Bankın borcları səbəbindən bazasından çıxarılan, sonra tam məlum olmayan səbəblərdən geri qaytarılan, adı "İnter"dən "Keşlə"yə dəyişdirilən klub hələ toparlana bilmir.

Niyə "Keşlə"?

Çünki "İnter" də maliyyəsiz qalandan sonra AFFA-nın himayəsinə keçirildi. Belədə və digər səbəblərdən asılı olaraq klubun adı dəyişdirilməliydi.

O vaxt AFFA prezidenti Rövnəq Abdullayev tədbirlərin birində təklif etmişdi ki, klubun adı "Keşlə" qoyulsun. Bu, AFFA rəhbərinin futbolu bölgələrə daşımaq ideyasının tərkib hissəsi idi ki, sonradan özü paytaxta təmərküzləşmənin baiskarına çevriləcəkdi...

Vaxt keçdi, elə də oldu. Yəni "İnter" "Keşlə"yə dəyişdirildi.

Hələ ad dəyişilməsi və rebrendinq/sənədləşmə işləri tam yekunlaşmayıb, ancaq klub adına növbəti normallıqdan uzaq həqiqətdən xəbər tutmuşuq.

Məlumatlı mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, Rövnəq Abdullayevin adından Nizami rayonundakı dövlət idarələrinə, ictimai təşkilatlara göstəriş verilib ki, "Keşlə"nin oyununa getsinlər. Təkcə Nizami Rayon Gənclər və İdman İdarəsinə "Keşlə"nin ev oyunlarına 30 əməkdaş göndərmək tapşırılıb.

Səbəb:

Niyə Rövnəq Abdullayevin adından olub bu?

Abdullayev klubun yerləşdiyi Nizami rayonundan deputatdı.


futbolpress.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30