24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

UEFA açıqladı: "Qarabağ" hansı stadionda oynayacaq?

Futbol üzrə Çempionlar Liqasında "Qarabağ"ın ev və səfər oyunlarını keçirəcəyi stadionların adları açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi rəqiblərini yenə Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Ağdam komandası sentyabrın 27-də İtaliyanın "Roma", oktyabrın 18-də İspaniyanın "Atletiko" və noyabrın 22-də İngiltərənin "Çelsi" klubları ilə ev oyunlarına bu arenada çıxacaq.

Əvəzində "Atletiko" rəqiblərini yeni stadionda sınağa çəkəcək. Bu, Bakı Olimpiya Stadionunun Çempionlar Liqasının 2018-2019 mövsümündə final matçını keçirməyə namizəd kimi rəqibi olan "Estadio Metropolitano"dur. Madriddəki 70 min nəfərlik arenada ilk dəfə sentyabrın 12-də "Atletiko" ilə "Çelsi" üz-üzə gələcək. Daha sonra həmin stadionda "Qarabağ" oynayacaq. Bu, 31 oktyabra təsadüf edəcək.

Digər komandaların ev stadionları isə dəyişməyib. "Qarabağ" sentyabrın 12-də İngiltərənin paytaxtı Londondakı "Stemford Bric"də "Çelsi"nin, dekabrın 5-də İtaliya paytaxtındakı "Olimpiko" stadionunda "Roma"nın qonağı olacaq.

Qeyd edək ki, "Qarabağ"ın ev oyunları Qərbi Avropa vaxtı ilə saat 18:00-da, səfər matçları isə Qərbi Avropa vaxtı ilə saat 20:45-də başlanacaq. Avropada saatların əqrəbləri oktyabrın 29-da bir saat geri çəkiləcəyindən, Azərbaycan təmsilçisi "Roma" və "Atletiko"nu saat 20:00-da, "Çelsi"ni isə saat 21:00-da qəbul edəcək. Səfərdəki oyunlara gəldikdə, "Çelsi" ilə matç saat 22:45-də, "Atletiko" və "Roma" ilə görüşlər saat 23:45-də başlanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30