19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Tarixi oyunda qol vurmaq xoşbəxtlikdir" - Dino Ndlovu

“Biz qrup mərhələsini arzu edirdik. Çox çətin oyun oldu".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarbağ"ın hücumçusu Dino Ndlovu söyləyib. Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Kopenhagen” mübarizədən kənarlaşdırıb. Qurban Qurbanovun komandası bu gün səhər saatlarına ölkəmizə qayıdıb.
 
Hava limanında açıqlama verən Dino Ndlovu bildirib: "Azarkeşlər bizə inanırdı. Mənim üçün tarixi oyunda qol vurmaq böyük xoşbəxtlik oldu. Güclü komandalar qarşılaşmaq xoş olacaq".
 
Ndlovu "Qrup mərhələsində hansı rəqiblə qarşılaşmaq istəyərsiniz" sualına belə cavab verib: "Komandaların fərqi yoxdur. Hamısı güclüdür. Qrup mərhələsində əlimizdən gələni edəcəyik. Rəqiblər müəyyənləşmədiyi üçün şanslar barədə danışa bilmərəm. İndi fikrimizi ölkə çempionatına da cəmləməliyik. Mən "Qəbələ" ilə oyuna hazırlaşacam”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30