20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Azərbaycan üçün görünməmiş qazanc – UEFA reytinqi

Avrokubokların pley-off mərhələsinin cavab qarşılaşmalarının ikinci oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, Çempionlar Liqasında keçirilən növbəti 5 görüş siyahıda yalnız bir dəyişikliyə səbəb olub.

Bu dəyişikliyin müəllifi Azərbaycan olub. Danimarkada “Kopenhagen”in qonağı olan “Qarabağ” futbol tariximizdə görünməmiş qazanc əldə edib.

Təmsilçimiz 1:2 hesabı ilə uduzsa da, tarix yazaraq qrupa düşüb. Bu isə Azərbaycana 4 bonus xalı qazandırıb. Futbol tariximizin ilk bonusu reytinqimizə 1,000 xal əlavə edib.

Bununla da cari mövsümdəki qazancımız 3,875-ə çatıb. “Qarabağ” hamıdan çox - 2,125 xalımızın müəllifidi. Artıq mübarizəni dayandıran klublarımızdan “İnter” 0,750, “Zirə” 0,625, “Qəbələ” 0,375 xal əldə edib.

Son 5 mövsümə əsasən hesablanan reytinq xalımız 18,625-ə yüksəlib. Bu isə bir gün öncə əldən verilən 22-ci yerin qaytarılması ilə nəticələnib. Azərbaycan Şotlandiyanı arxada qoyub.

Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir – 90,141 xal.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30