20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Karyeramda belə bir məğlubiyyətə sevindiyimi xatırlamıram”

“Bu gün tək biz yox, bütün xalqımız qələbə arzulayırdı. Bütün azərbaycanlıları təbrik edirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə cavab oyunundan (1:2) sonra “İdman Azərbaycan” kanalına açıqlamasında deyib.

Ağdam klubu Danimarka təmsilçisinə 1:2 hesablı məğlub olmasına baxmayaraq, iki oyunun nəticəsinə görə, qrupa yüksəlib.

Q.Qurbanovun görüş haqda bunları bildirib:“İlk hissədə çıxışımız pis alınmadı. Əsas diqqəti müdafiəyə ayımışdıq. Rəqib də pressinq edirdi. Çalışırdıq ki, təzyiqdən çıxaq və əks hücum quraq. Meydan sahibi istər-istəməz daha inamlı oynayır. Futbolçularım isə hər şeyə rəğmən əzmkar və soyuqqanlı oynadılar. Düşündüyümüz kimi alındı və pis olmadı. Bu uğur ölkədə futbolun inkişafı üçün böyük bir təkan olacaq. Karyeramda belə bir məğlubiyyətə sevindiyimi xatırlamıram”.

Q.Qurbanov yeni transferlərin gözlənildiyini qeyd edib: ”Transfer mütləq etmək istəyirik. Ən azı 1-2  oyunçu gətirmək istəyirik. Artıq sabahdan bu haqda düşünməyə başlamalıyıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30