28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələ" "Qarabağ"la matça ciddi itkilərlə çıxacaq

"Qəbələ" Topaz Premyer Liqasının III turunun mərkəzi oyunu olan "Qarabağ"la səfər matçına ciddi itkilərlə çıxacaq.

Futbolxeber.az saytının məlumatına görə, heyətdə zədəylə bağlı itkilər təkcə barmağı qırılıan müdafiəçi İlqar Qurbanovla bağlı deyil.

Belə ki, yarımmüdafiəçi Cavid Hüseynovla Elvin Məmmədov və qanalı hücumçu Famusa Kone hələ də müalicə olunurlar. Cavidin angina problemi var. O hələ ki məşq etmir.

Elvinin problemi "Sumqayıt"la oyunda yaranıb: Məmmədov hava mübarizəsindən sonra yerə uğursuz düşməsi nəticəsində topuq nahiyəsini zədələyib.

Konenin isə əzələ dartmasıyla bağlı problemi yaranıb. Onu MRT etdikdən sonra müalicəsinə başlanılıb.

Xatırladaq ki, "Qarabağ" - "Qəbələ" qarşılaşması avqustun 26-da "Azərsun Arena"da keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31