28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

İlqar Qurbanov ən azı 1 ay “Qəbələ”yə yardım edə bilməyəcək

"Qəbələ"nin futbolçusu İlqar Qurbanov zədəsi ilə bağlı Maqnit-Rezonans Müayinəsindən (MRT) keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, klubun həkimi Roman Jolobaylyuk Sport24.az-a açıqlamasında 31 yaşlı müdafiəçinin yaşıl meydana dönüşünün ən azı 1 ay çəkəcəyini bildirib.

Onun sözlərinə görə, İlqarın Topaz Premyer Liqasının son turunda "Sumqayıt"la ev oyununun 12-ci dəqiqəsində aldığı zədənin ciddiliyi dəqiqləşib "İlkin tibbi müayinə İlqarın barmağının qırıldığı müəyyənləşdirdi. İlkin ehtimalımıza görə, Qurbanov 3-4 həftə yaşıl meydanlardan kənarda qalmalı.idi. MRT futbolçumuzun ayağındakı  5-ci barmağının qırıldığını göstərdi. Ona kiçik gips qoymuşuq. Üç həftədən sonra onu açıb yenidən müayinə edəcəyik. Bundan sonra futbolçunun bərpa prosesinə nə vaxt başlayacağımız və müvafiq olaraq nə vaxt oynayacağı bilinəcək".

Ukraynalı mütəxəssis İlqarın yaşıl meydana dönüşünün 1 aydan da çox çəkməsini istisna etməyib: "Tibb belə zədə sağalmasının 4 həftə müddəti əhayət etdiyini deyir. Ancaq futbolçunun oynamalı olduğunu nəzərə alaraq 3 həftədən sonra gipsi açacağıq. Həmin müddətə sağalmasa,  Qurbanovun yenidən oynaması 1 aydan da çox sürə bilər. Bu müddətdə futbolçu üçün ən yaxşı əlac zamandı. O, dinlənib sağalmasını gözləməlidi. Bu müddətdə komandanın düşərgəsində olması vacib deyil. O, ev şəraitində müalicə olunacaq. Yalnız ehtiyac olarsa, komandanın nəzəri məşğələlərinə qatıla bilər".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31