24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Böyükağa Hacıyev: "Neftçi"dən təklif gəlsə, fikirləşmədən cavab verə bilmərəm"

Elxan Abdullayevin "Neftçi" klubundan ayrılmasından sonra baş məşqçi vəzifəsinə namizədlərdən biri Böyükağa Hacıyev hesab olunur.

Futbolxeber.az saytının məlumatına görə, Dsport.az-a açıqlamasında "ağ-qaralar"ın sabiq çalışdırıcısı, Məşqçilər Komitəsinin üzvü "Neftçi"dən təklif gələcəyi halda fikirləşməyin lazım olduğunu deyib:

"Neftçi" Azərbaycan futbolunun tarixidi. Bu klub karyeramda xüsusi yer tutur. Ölkə futbolu tarixində ilk dəfə Avropa Liqasında qrup mərhələsinə adlamışıq. "Neftçi" həmişə sevilib və seviləcək. Hər bir məşqçi bu komandada işləmək istəyər. Təklif olacağı halda düşünüb cavab vermək olar. Düşünmədən cavab verə bilmərəm. Komanda hazırda yaxşı vəziyyətdə deyil. Son oyunlar göstərdi ki, ciddi islahatlara ehtiyac var".

Həmkarının istefası barədə danışmaq istəməyən Böyükağa Hacıyev Elxan Abdullayevin qərarına hörmətlə yanaşmağın vacib olduğu söyləyib:

"Onun qərarına şərh vermək istəməzdim. "Neftçi"də işləmək həmişə çətin olub. Bu, adi klub deyil. Zaman hər bir məşqçinin işinə qiymət verir. İndi "Neftçi" ciddi müalicəyə ehtiyacı olan "xəstə"yə oxşayır. Yaxşı həkim - məşqçi tapılmasa bu böhrandan çıxmaq mümkün olmayacaq".

Qeyd edək ki, "Neftçi" Böyükağa Hacıyevin rəhbərliyi altında Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Komanda iki dəfə ölkə çempionu olub və Azərbaycan Kubokuna layiq görülüb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30