25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Samir Abasov: “Bəzi futbolçular meydanda yox kimi idilər”

“Sumqayıt” Topaz Premyer Liqasının ikinci turunda səfərdə “Qəbələ”yə 0:1 hesabı ilə uduzub. Futbolxeber.az saytının nəlumatına görə, Sumqayıt təmsilçisinin baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında yenilgiyə belə şərh verib:

“Birinci səfər oyunumuz idi. Gözlədiyimizdən də çətin oyun alındı. Komandada bəzi futbolçular meydanda yox kimi idilər. Bu da bizə çətinlik yaratdı. Oyunda “Qəbələ” üstün idi. Belə olacağını da gözləyirdik. İnanırdıq ki, bütün heyətlə, var gücümüzlə oynasaq, nəsə edə bilərik. Əfsuslar olsun ki, 2-3 nəfərdən istədiyimizi ala bilmədik. - Konkret kimlərdən narazı qaldınız?

- Xəyal Nəcəfov və Cavid Tağıyev.

- Təcrübəli futbolçularınız nədən çəkinirdilər?

- Həqiqətən də təcrübəli futbolçular da özlrini yaxşı tərəfdən göstərmədilər. Bəlkə də bu, ilk səfər oyunumuz olmağından irəli gəlirdi. Amma ikinci turdu, qlobal problem deyil. Təcrübəli dediyiniz oyunçuların əksəri son illər oyun praktikası baxımından əziyyət çəkirdilər.

- Nəticə sizin üçün gözlənilməz olmadı?

- Keçən illə müqayisədə özümüzə daha çox inanırdıq. Rəqibin "İnter"lə oyunu da bizə motivasiya vermişdi. Bura ən azı 1 xal üçün gəlmişdik. 

- Növbəti turda "Zirə" ilə qarşılaşacaqsınız. Bu oyunsan nə gözləyirsiz?

- Hələ bu oyun barədə düşünmürdüm. "Zirə"nin bugünkü oyununa 70 dəqiqə baxdıq. Növbəti matçla bağlı nəsə demək üçün bir az vaxt lazımdı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30