29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ayxan Abbasov: “Layiqli qələbə qazandıq”

"Oyuna yaxşı hazırlaşmışdıq. Futbolçularım vuruşdular və nəticədə layiqli qələbə qazandıq".

Futbolxeber.az saytınınn məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Yevlaxda "Kəpəz"i 3:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra deyib. O bildirib ki, meydanın vəziyyətini nəzərə alaraq, hava topları ilə oynamağa üstünlük veriblər. Eyni zamanda qolları cinah oyunçularının vurması əvvəlcədən düşünülmüş taktika olub: "İstəyirdik ki, cinahdakı oyunçular qollarımızı vursunlar. Elə də oldu. Bu gün qəhrəman təkcə iki qol vuran Təmkin Xəlilzadə yox, hamıdır. Azarkeşlərimizə də minnətdaram ki, Bakıdan Yevlaxa gələrək, bizi dəstəklədilər".

Gənc mütəxəssis 59-cu dəqiqədə "Kəpəz"in məşqçisi Xaliq Mərdanovla yaşadığı insidentə də aydınlıq gətirib: "Həmin vaxt Vüsal İsgəndərli zədələndiyi üçün futbolçularımız topu kənara vurmuşdu. Lakin "Kəpəz"in futbolçuları topu oyuna daxil etdikdə bizə vermədilər və oyuna davam etdilər. Vüsal buna etiraz edəndə ona "Vermirlərsə, eybi yox, oyununu oyna" dedim. Rəqib düşərgədə isə bunu "Kəpəz"in futbolçusuna irad kimi başa düşdülər. Nəticədə Xaliq müəllimlə aramızda xırda söz-söhbət oldu. Sonradan Şahin Diniyevlə danışdıq, məsələ yoluna qoyuldu".


sportnet.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31