25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Rahid Əmirquliyev: “Avroliqanın yox, ÇL-in qrupunda oynamaq istəyirik”

“Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevi  Topaz Premyer Liqasının ikinci turunda “İnter” üzərində qazandıqları qələbədən (1:0) sonra Futbolxeber.az saytına müsahibə verib.

- “İnter” üzərindəki 1:0 hesablı qələbə barədə nə deyə bilərsən?

- Bilirdik ki, ağır oyun olacaq. Belə də oldu. “İnter” keçən il də yaxşı oyun nümayiş etdirirdi. Görüşə ciddi hazırlaşmışdıq. Çətin də olsa, sonda istədiyimizə nail olduq.

- Çempionlar Liqasının qrupunda oynamağı hədəfləyən “Qarabağ” özündən zəif “İnter” qarşısında niyə çətinliklə qələbə qazandı?

- “İnter”in hazırda əziyyət çəkdiyini deməzdim. Rauf Əliyev və Nizami Hacıyevi çıxsaq, keçənilki komandadı. Bizim də heyətimizdə çoxlu dəyişiklik olmuşdu. Çempionatımızda bütün oyunlar belə çətin keçir. Zəif komanda yoxdu. “İnter”in zəif olduğunu deməzdim. Hesab edirəm ki, “İnter” bu il də çempionluğa oynayacaq.

- Bu heyətlə?

- Yenə deyirəm, heyət demək olar ki keçənilkidir.

- Artıq növbəti oyun “Kopenhagen”ə qarşıdı.

- “Kopenhagen”in necə komanda olduğunu Bakıda gördük. Çox güclü komandadır. Evdə qələbə qazanmağımıza baxmayaraq, cavab matçı çox çətin olacaq. Bu səbəbdən də görüşə tam gücümüzlə hazırlaşırıq. Bütün fikrimizi həmin oyuna yönəltmişik. Əlimizdən gələni edəcəyik ki, Bakıya sərfəli nəticə ilə qayıdaq.

- Uduzsaz belə, Avroliqanin qrupunda oynayacaqsız. Bu məqam “Qarabağ”da narahatlıq yaratmır ki?

- Hər hansı rahatçılıq yoxdu. Məqsədimiz Avroliqanın yox, ÇL-in qrupunda oynamaqdı. Avroliqanın qrupunda bir neçə dəfə oynamışıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30