28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Əfran İsmayılov: “Xalq bizdən çox şey gözləyir” (MÜSAHİBƏ)

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının ikinci turunda “İnter”i 1:0 hesabı ilə məğlub etdikləri etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının da əməkdaşının iştirak etdiyi müsahibəni təqdim edirik:

- Son dəqiqələrdə vurduğun qolla “Qarabağ”a qələbə qazandırdın. Görüşlə bağlı nə deyə bilərsən?

- Çətin oyun keçdi. İki ağır turnirdə, həm Çempionlar Liqasında, həm də ölkə çempionatda mübarizə aparırıq. Oyunlara iki fərqli heyətlə çıxırıq. Bu da alışma baxımından bir az çətinlik yaratsa da, komandada hamı oynamağa hazırdı. Məqsədimiz yaxşı nəticə qazanmaqdı. “İnter” də iddialı komandalardandır. Sona qədər mübarizə apardıq və yekunda qolumuzu vurub qələbə qazandıq.

- Demək olar ki, “Qarabağ” bu mövsümə əvvəlki illərlə müqayisədə daha yaxşı başlayıb?

- Çətindi nəsə demək. Getidikcə komandamız daha da püxtələşir. Mütləq nəticə qazanmaq istəyirik. Bu suala baş məşqçimiz daha dəqiq cavab verə bilər.

- Bu gün meydanda olan gənclərin çıxışını bəyəndin?

- Hamı yaxşı mübarizədi. Qələbə qazandıq. -Komandamızdakı gəmnclərin hamısı perspektiv vəd edir.

- Qarşıda “Qarabağ”ı 2 vacib oyun gözləyir. “Kopenhagen” və “Qəbələ” ilə matçlardan nə gözləmək olar?

- Bizi çox çətin period gösləyir. 23-ü səfərdə ağır oyunumuz var. Sonra isə “Qəbələ” ilə qarşılaşacağıq. İlk növbədə “Kopenhagen”lə matçı düşünürük. Çalışacağıq ki, çətin səfərdə lazımi nəticəni qazanaq.

- İlk görüşün nəticəsinə əsasən “Kopenhagen”lə cavab matçı nə vəd edir?

- Heç nə. 1:0 aldadıcı hesabdı. Çətin olacaq. “Vardar” da ilk oyunda 1:0 hesabı ilə qalib gəlmişdi... Əlimizdən gələn hər şeyi edəcəyik. Xalq bizdən çox şey gözləyir.

- Danimarkada “Qarabağ” üçün ən böyük təhlükə nədir?

- Baş məqçimiz rəqibi analiz edir. Mənim üçün standart vəziyyətlər hər şeydən təhlükəlidir. Çünki basqı çox olacaq. Rəqibin heyətində ucaboylu futbolçuların sayı çoxdu. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31