19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Zaur Svanadze: “Əvəzetmələr oyunun gedişatını dəyişdi”

Topaz Premyer Liqasının ikinci turunda “Qarabağ”ın qonağı olan “İnter” 0:1 hesabı ilə uduzub.

Futbolxeber.az saytının məlumatına görə, komandanın baş məşqçisi Zaur Svanadze görüşlə bağlı bunları deyib:

“Çətin oyun oldu. Birinci hissədə yaxşı oynamadıq, üstünlüyü rəqibə verdik. Ötürmələrdə səhvlər buraxdıq. Fasilədən sonra daha yaxşı oynayırdıq. Amma Miçel, Mahir Mədətov və Riçard Almeydanın meydana daxil olması görüşün gedişatını dəyişdi. Biz səhvə yol verdik və qapımızdan qol buraxdıq. Uşaqlar çox çalışdılar, amma biz mövsümün ikinci oyununda da məğlubiyyətə uğradıq. Əlbəttə ki, ilk 2 turda “Qarabağ” və “Qəbələ” ilə qarşılaşdığımızı nəzərə alsaq, çətin olduğunu etiraf etməliyik. Startda başqa rəqiblərlə qarşılaşmaq istərdik. Amma bu oyunlarda da xal qazana bilərdik. Ötən mövsümlə müqayisədə bizim ehtiyat oyunçularımız azalıb. Qışa qədər çox çətin olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30