19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Elxan Abdullayev: “Azarkeşlər “istefa” şüarını səsləndirməkdə haqlıdırlar”

Topaz Premyer Liqasının ikinci turunda “Səbail”in qonağı olan “Neftçi” 0:1 hesabı ilə uduzub. Futbolxeber.az saytının məlumatına görə, E. Abdullayev görüşlə bağlı bunları deyib:

“Belə oyundan sonra danışmaq çətindi. Uduzmalı oyun deyildi. Təəssüflər olsun ki, bu stadionda keçən il AZAL-la oyunda olduğu kimi yenə də sonda qol buraxdıq. Komanda qol vurmağı çox istəyirdi. Buna görə də sonda konsentrasiya itdi. “Səbail” yaxşı komandadı. Çox rəqibdən xal alacaqlar. Bu gün bizə də istədiyimiz oyunu göstərməyə imkan vermədilər”.

- Razısız ki, bu gün “Neftçi” qələbəyə layiq deyildi?

- Epizodlarımız var idi. Amma ustalıq çatışmadı. Rəhman təkbətək qaldığı epizodda hesabı açsaydı, nəticə tam fərqli olardı.

- İkinci turda istefa şüarını eşitmək sizə nə dərəcədə təsir edir?

- Heç kim istəməz ki, istefa şüarını eşitsin. Mənim yerimdə olsaydız, sizə də pis təsir edərdi. Azarkeşlər haqlıdılar. Onları başa düşürəm və qəbul edirəm.

- “Neftçi”nin problemi nədədir?

- Yalnız psixologiyada. “Neftçi”nin oyunçuları bu gün “Səbail”in futbolçularından üstündülər. Amma meydanda xarakter, psixologiya öz sözünü deyir. Yəqin ki, fərdi olaraq düzgün hazırlıq aparmırıq.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30