24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Tiflis “Dinamo”su Qəbələdə

“Qəbələ” Futbol Akademiyasının komandaları Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə yoldaşlıq oyunları keçiriləcək.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qonşu ölkə təmsilçisinin iki komandası bu məqsədlə Qəbələyə gəlib.

Bu, “Qəbələ” və “Dinamo” arasında qarşılıqlı razılıq əsasında gerçəkləşib. Razılaşmaya əsasən, iki klubun aşağı yaş qrupları üzrə komandaları arasında yoxlama oyunları keçiriləcək.

Anlaşmaya uyğun olaraq, ilk matçlar Qəbələ şəhər stadionunda keçiriləcək. Avqustun 21-də və 23-də “Qəbələ” və “Dinamo”nun U-13 və U-15 komandaları qarşılaşacaq. Görüşləri AFFA-nın təyin etdiyi hakimlər briqadası idarə edəcək. Bir neçə aydan sonra isə “Qəbələ” digər iki yaş qrupu üzrə komandası Tbilisiyə səfərə yollanacaq və “Dinamo”dan olan həmyaşıdları ilə üz-üzə gələcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30