19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Kopenhagen" UEFA-ya şikayət etdi

Danimarkanın "Kopenhagen" klubu "Qarabağ"a Bakıda 0:1 hesabı ilə uduzduğu Çempionlar Liqasının ilk "pley-off" matçı ilə əlaqədar UEFA-ya şikayət məktubu ünvanlayıb.

Futbolxeber.az saytının məlumatına görə, "Kopenhagen" "Qarabağ"ın kapitanı Maksim Medvedevin 20-ci dəqiqədə Pyer Benqtssonu top uğrunda mübarizə zamanı qəsdən vurduğunu iddia edir. Dirsək zərbəsi nəticəsində Benqtssonun evə almacıq sümüyündən qançırla qayıtdığı bildirilir. Həmin vaxt italiyalı referi Paolo Talyavento epizoda heç bir reaksiya verməyib. "Kopenhagen" oyundan sonra UEFA-ya şikayət etməklə, Medvedevin cəzalandırılmasına və onun avqustun 23-də keçiriləcək cavab görüşündə iştirak etməməsinə nail olmaq istəyir.      

Klubun katibi Daniel Rommedal bildirib ki, oyun vaxtı zərbənin qəsdən endirilmədiyini və futbolçuya heç bir təsirinin olmayacağını düşünüblər. Onun sözlərinə görə, epizodun videoyazısına baxdıqdan sonra zərbənin həddən artıq qüvvətli olduğu qənaətinə gəliblər: "Biz müraciətimizin cavabsız qalmasını istəmirik. Ona görə də bu gün səhər saatlarında etiraz məktubunu və insidentin videogörüntülərini UEFA-ya göndərmişik".

Öz növbəsində, UEFA belə bir etiraz məktubu aldıqlarını və məsələyə avqustun 17-də baxacaqlarını açıqlayıb.

Qeyd edək ki, Maksim Medvedev Rəşad Sadıqovun zədəli olması səbəbindən "Kopenhagen"lə ilk oyuna kapitan kimi çıxıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30