20 Avqust 2019, Çərşənbə axşamı
“Qarabağ” çox yaxşı komandadır”
"Səbail" "Zirə"yə qalib gəldi
Şeydayev derbidə 90 dəqiqə oynadı
“Qəbələ” “Sumqayıt”a məğlub oldu

Ölkə futbolu

Premyer Liqa oyunları yenidən Yevlaxa qayıda bilər

Peşəkar Futbol Liqasının stadionları təftiş qrupu Gəncə, Tovuz və Yevlax stadionlarının Premyer Liqa və birinci diviziona hazırlıq vəziyyətini yoxlayıb.

Futbolxeber.az saytının məlumatına görə, qurumun mütəxəssisləri Gəncə şəhər stadionunda təmir işləri aparıldığından "Kəpəz"in ev oyunlarını Tovuzda keçirməsinin mümkünlüyünü araşdırıblar. Daha sonra PFL əməkdaşları Yevlax şəhər stadionunun infrastrukurunu yoxlayıblar. Buradakı vəziyyətin Tovuz stadionu ilə müqayisədə daha normal olduğu, müəyyən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra "Kəpəz"in Gəncə şəhər stadionunda təmir işləri yekunlaşana kimi Yevlaxda oynaya biləcəyi vurğulanıb.

PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumatı təsdiqləyib. O qeyd edib ki, Yevlax şəhər stadionunda infrastruktur Tovuzla müqayisədə daha əlverişlidir: " Hələlik məsələ ilə bağlı yekun qərar verilməyib Müəyyən  işlər aparıldıqdan, qeyd edilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra  PFL rəhbərliyinin, rayon icra hakimiyyətinin və klubun razılığından sonra "Kəpəz"in ev oyunlarını Yevlaxda keçirməsi mümkündür".

Qeyd edək ki, əgər "Kəpəz" ev oyununu keçirmək üçün Yevlaxı seçsə, bu zaman uzun fasilədən sonra Premyer Liqa oyunu Yevlaxa qayıdacaq.

Xatırladaq ki, Yevlaxda Premyer Liqanın son oyunlar 2009/2010 mövsümündə yerli "Karvan" komandasının iştirakı ilə keçirilib.


qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31