20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Maksim Medvedev: “Oyundan qabaq heç-heçəyə də razı olardıq” (MÜSAHİBƏ)

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə “Kopenhagen”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Oyun çox ağır oldu. Rəqibin heyətində yüksəksəviyyəli futbolçular cəmləşib. Əlimizdən gələni etdik ki, vuruşaq, sərfəli nəticə qazanaq. Son 3 gündə rəqibin oyununu hərtərəfli analiz etmişdik. Bu, bizim üçün tarixi şansdı, əldən vermək istəmirik. Bu gün tək biz yox, bütün respublika oynayırdı. Azarkeşlərimiz möhtəşəm idilər. Onlara çox təşəkkür edirəm.

- İkinci hissədə azarkeşlər ikinci qolu gözləsə də, sanki “Qarabağ” 1:0 hesabı ilə razılaşmışdı.

- Oyundan qabaq heç-heçəyə də razı olardıq. Çox istəyirdik ki, qol buraxmayaq, nəinki vuraq. Fasilədən sonra fərqlənmək üçün şansımız var idi. Amam rəqibin qapıçısı mükəmməl idi. 3 epizodda fərqlənməyimizə mane oldu.

- Oyunun gedişində rəqib futbolçular sanki sizi təxribata çəkirdilər. Həqiqətən belə idi?

- “Kopenhagen” təcrübəli komandadır. Bilirlər ki, emosionalıq, təxribata gedə bilərdik.

- Yəni, əvvəldən belə olacağını bilirdiz?

- Bilirdik. Skandinaviyalılar hər zaman bu varianta əl atırlar. Oyundan qabaq baş məşqçimiz tapşırmışdı. Çalışırdıq vərəqə almayaq.

- Səfərdəki oyun tam fərqli atmosferdə olacaq. Lazımi nəticəni qorumaq nə dərəcədə çətin olacaq?

- İnşallah, gücümüzxlə, əziyyətimizlə səfərə vuruşmağa gedəcəyik. Inanıram ki, Avropada yaşayan həmyerlilərimiz orda bizi tək qoymayacaqlar. Danimarkadan sərfəli nəticəylə qayıdacağımıza inanıram. Avropada yaşayan tərəfdarlarımız bizlə indidən əlaqə saxlayırlar. Hər bir futbolçunun arzusu qrup mərhələsində oynamaqdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30