19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"İnter"dən Rauf Əliyevə cavab

"Rauf Əliyevin "İnter”lə 2018-ci ilin iyun ayına qədər müqaviləsi var. Son bir il ərzində iki tərəf arasındakı hüquqi münasibətlər hansı müqavilə ilə tənzimlənibsə, əsas odur. Futbolçuya sual vermək lazımdır ki, indiyədək əlində olan sövdələşmədəki məbləği alıb? Bizdə hər şey şəffafdır. Ona ödənilən əmək haqlarının qəbzləri var”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report”a Bakının "İnter” klubunun icraçı direktoru Rəmiş Malıyev futbolçu Rauf Əliyevin müqaviləsi ilə bağlı yaranmış mübahisəli vəziyyətə aydınlıq gətirərkən deyib.

O, bildirib ki, 28 yaşlı hücumçu "İnter”in razılığı olmadan Albaniyanın "Kukesi” klubuna keçə bilməz. R.Malıyevin sözlərinə görə, tərəflər arasında münasibətlərin tənzimlənməsində sövdələşmə ilə yanaşı, bank sənədləri də əsas götürülür: "İndiyə qədər Əliyevlə münasibətlər onun təqdim etdiyi deyil, bizdə olan müqavilə ilə tənzimlənib. İndi özünə bu cür sərf edir deyə, bu varianta əl atır. Bu, hüquqi məsələdir. Kimsə ağıllı ola bilər, lakin biz də axmaq deyilik. Rauf bugünə qədər hansı müqaviəni qəbul edibsə, onu əsas götürmək lazımdır. Axı, o, əlindəki müqaviləyə uyğun pul almayıb. Müqaviləsi həqiqətən bitibsə, bizdən niyə sənəd istəyir? Məgər Səlahət Ağayev bizdən sənəd istədi? Biz bu məsələdə axıra kimi - FİFA-ya qədər gedəcəyik. Yəni, tərəflər arasında münasibətlərin tənzimlənməsində sövdələşmə ilə yanaşı, bank sənədləri də əsas götürülür”.

Qeyd edək ki, Rauf Əliyev “İnter”lə anlaşma müddətinin 30.06.2017-ci il tarixində bitdiyini əks etdirən sədənin surətini yayıb. “İnter”in yaydığı sənəddə isə Raufun müqaviləsinin 2018-ci ilin iyununda başa çatacağı göstərilib. Sözləşmənin dəyəri 240 min manat göstərilib. Əliyev "İnter”dən aylıq 10 min manat alıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30