29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"İndi 8 xalımız olmalı idi"

 

Sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Portuqaliya milli komandasının qəbul edəcək yığmamızın baş məşqçisi Berti Foqts bu gün oyunöncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis əvvəlcə hazırlıq barədə danışıb.

- Hazırlıqdan razıyam. Bilirik ki, bizi sabah dünyanın ən güclü yığmalarından biri ilə oyun gözləyir. Vaqif Cavadovun budunda zədəsi olduğuna görə heyətdə olmayacaq. 

- Lüksemburqla oyunda cinahlar fəal deyildi. Bir sıra futbolçularda oyun praktikası yoxdur. Ancaq formada olan Araz Abdullayev dəvət almır. Bu prinsipi aparmaq nə ilə bağlıdır?
- Araz barədə hər şeyi danışmışam. O, milliyə niyə görə almadığını bilir. O, Avroliqada çox az oynayıb. Daxili çempionatla beynəlxalq matçlar fərqlidir. 

- Cihan klubunda oynamır. Belə söhbət gəzir ki, Özkaranın meneceri sizinlə dost olduğuna görə milliyə çağırılır?
- Mən Cihanın menecerini tanımıram. Belə olan halda, necə bunu deyə bilərsiniz. Elə şeylər danışırsınız ki...

- Lüksemburqla oyunda Rəşad Sadiqovun yorulduğu açıq görünürdü. Ancaq formada olan Elvin Məmmədovu oynatmıdınız. Rəşadın yerinə neçə vaxtdır oynamayan Cihanı niyə buraxdınız?
- Həmin vaxt rəqib yorulduğuna görə yarımmüdafiəçi yox, hücumçu buraxmaq istədim. Buna görə Özkaranı meydana buraxdım. Elvinin səviyyəsinə bələdəm.

- Portuqaliya yığmasında olan itkilər lehimizə olacaq, yoxsa əleyhimizə?
- Ronaldo, Naninin oynamamağı işimizi çətinləşdirir. Çünki oynayanda, diqqət onlara olacaq. Bu dəfə 11 nəfərin hamısı diqqət mərkəzində olacaq. 

- AFFA millinin ardıcıl 2 oyun keçirəcəyini nəzərə alaraq, 13 günlük təlim-məşq toplanışı təşkil etdi. Buna görə çətinliklər bəhanə gətirməməlidir. Özü də klublar belə uzun müddətli toplanışlara etiraz etdi... 
- O biri ölkələrlə müqayisədə bizdə hazırlığıa neçə gün hazırlıq vardı? Martda 2 oyun keçirmək AFFA-nın yox, FİFA-nın qərarıdır. Biz digər ölkələrlə müqayisədə 3 gün tez yığışmışıq. Bu da klubların hazırlığından narazı olmağımla bağlıdır. Çox işləyəndə tənqid edilməyi düzgün saymıram. Əvvəlki oyunlarda bəxt, hakim səhvlərini nəzərə alsaq, indi 8 xalımız olmalı idi. 

- Portuda keçirilən mətbuat konfransında Portuqaliya yığmasından çox şey öyrənməli olduğumuzu, Bakıda sensasiya edə biləcəyimizi demişdiniz. Bu dəfə meydana öyrənmək, yoxsa sensasiya etmək üçün çıxacaqsınız?
- Ümid edirəm ki, sürpriz etməyə çıxacağıq. Dediklərimdə diqqətli olmalıyam. Sabah sürpriz olmasa, oyundan sonra mətbuat konfransında ilk sualınız bu olacaq. Biz nəticə üçün çıxacağıq. Portuqaliya yığmasına qalib gəlmək istəyirik. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31