28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ”ın səfər matçı canlı yayımlanmaya bilər

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək “Şerif” – “Qarabağ” matçının canlı yayımlanmaq ehtimalı çox azdır.

Futbolxeber.az saytının məlumatına görə, buna səbəb Moldova klubunun yayıma müsbət yanaşmamağıdı.

Ağdam təmsilçisi hələ ilk matçdan əvvəl qarşı tərəfə oyunların yayımlarının dəyişdirilməsini təklif etsə də, “Şerif” rəhbərliyi buna razılıq verməmişdi. Buna baxmayaraq, “Qarabağ” Tiraspoldakı cavab görüşünün ölkəmizdə yayımlanmasına çalışır. Ancaq moldovalılar bunun üçün 50 min avro tələb ediblər. Üstəlik, Moldovada HD yayım da yoxdu.

Bu məbləğlə razılaşmayan Azərbaycan çempionu qarşı tərəflə ortaq məxrəcə gəlməyə çalışır. Lakin indiki məqamda heç bir razılıq əldə olunmayıb. Bir sözlə, demək olar ki, “Qarabağ” azarkeşləri matçı televiziya vasitəsilə izləyə bilməyəcəklər.

Qeyd edək ki, sabah keçiriləcək “Şerif” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31