29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Montella: "Bonuççi və Biqlia “Milan”nın yeni kapitanı olmağa namizəddirlər"

“Milan”ın baş məşqçisi Vinçentso Montella “Corriere dello Sport”a müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni kiçik ixtisarlarla təqdim edir:

DONNARUMMA...

O, “Milan”da qalmaq qərarı verdi. Hazırda Cicinin karyerasının bu dönəmində ən ideal qərar elə bu idi və mən inanıram ki, o “Milan”da daha da çox inkişaf edəcək. Komanda Donnarummanı saxlamaqla böyük işin öhdəsindən gəldi.

...YENİ HÜCUMÇU...

Biz hücum xətti üçün bir neçə futbolçunun namizədliyini nəzərdən keçiririk. Onların hər biri fərqli xarakterə sahib olsalar da, bizim oyun fəlsəfəmizə uyğundurlar.

...BONUÇÇİ...

Gəlin belə deyək də, bu, transfer pəncərəsində ələ düşən ən yaxşı imkan idi. Əks halda bu mümkünsüz idi, amma komanda rəhbərliyi bunun reallaşması üçün böyük iş gördü. Leo həm şəxsiyyət, həm də futbolçu kimi komandaya çox şey verə bilər. Bu, bizim üçün çox böyük güclənmə oldu. O, özünün əsl professionallığını göstərib, komandaya ideal formada qatıldı.

... YENİ KAPİTAN...     

Biz bu haqda düşünürük. Bu qərar rəhbərlik, futbolçular və məşqçilərin birgə iştirakı ilə verilməlidir. Bu seçimdə azarkeşlər də iştirak etməlidir. Bonuççi və Biqlia “Milan”nın yeni kapitanı olmağa namizədlər arasındadırlar.

...KOMANDA...

Hər məşqçi komandanın cavabdehliyini öz üzərinə götürmək gücündə deyil. Mən öz futbolçularımdan razıyam, onlara görə öz üzərimdə böyük cavabdehlik hiss edirəm, həmçinin də böyük motivasiya. Komanda konkret məqsədlər üçün çalışır. Sözsüz ki, yeni futbolçuların uyğunlaşması üçün müəyyən vaxta ehtiyac var, onların sayı 10 nəfərdir axı. Xüsusilə də başqa liqadan gələn futbolçular, həmçinin onların cavan olduqlarını da nəzərə alsaq, o halda daha çox zamana ehtiyac olacaq. Bununla yanaşı, “Milan”ın yeni layihəsi məni çox heyrətləndirir. Bütün bunlar planlaşdırılmış şəkildə həyata keçirilir və mən uzun illər “Milan”da qalmağı planlaşdırıram.

...UEFA AVROPA LİQASI...

Biz bacardıqca daha tez komandanı formalaşdırmalıyıq ki, Avroliqa bizim üçün əlçatan olsun. Bu turnirə qatılmamaq istər maliyyə, istərsə də klubun imici baxımından böyük zərbə olardı. Hərçənd, İtaliyada bunun üçün böyük rəqabət mövcuddur. Elə klublar var ki, bizdən zəif transfer dönəmini keçirirlər, amma planlaşma baxımından hələ bizdən bir addım öndədirlər. Biz potensial baxımından çox güclü futbolçular transfer etdik, çünki məqsəd İtaliya futbolunun və klublarının səviyyələrinə çatmaqdır.

...KRAKOVİYA İLƏ OYUN...

Mən bu turnirin hər oyununa böyük məsuliyyətlə yanaşıram. Futbolçular həftənin ortasında oyun keçirməyə alışmalıdırlar. Avroliqa bizim şansımızdır və bu, Çempionlar Liqası üçün əla hazırlıqdır.

...RƏQİBLƏR...

Daha yaxşı güclənən klublardan biri “Napoli”dir. Belə ki, onlar komandanın demək olar ki, bütün əsas fiqurlarını heyətdə qoruyub saxlamağı bacardılar. Düzdü, transfer pəncərəsinin sonuna hələ çox var və hər şey dəyişə də bilər, amma sürprizlər olmasa, fikrimcə, Skudetto uğrunda mübarizədə “Yuventus”a ən əsas rəqib “Napoli” ola bilər. Bu yay “A” seriyası bütün dünyaya özünü çox yaxşı tərəfdən göstərməyi bacardı. Klublar böyük investisiya yatırıb, yaxşı transferlər edirlər. İtaliya futbolunun nüfuzu yenidən qalxır. “Yuventus”a gəlincə, onlar da çox yaxşı gücləniblər, amma öncədən nəyisə demək də asan deyil, bilinmir ki, yeni futbolçular özlərini tam doğruldacaq, ya yox. Mən o komandaya və məşqçiyə inanıram, hansı ki, Alleqri uzun illər eyni komanda ilə stabil olaraq çalışır.

...TOTTİ....

Bu, çox təsirli gediş idi, amma bu cür hadisələrdən qaçmaq mümkünsüzdür. Onun vidalaşmasını izləyərkən mən çox kədərləndim. Tottinin ən böyük qələbəsi - azarkeşlər tərəfindən həmin gün ona edilən bu cür böyük sevgi idi.

Tərcümə etdi: Fuad ŞƏRİFOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31