29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qriqorçuk: “Bu, adi qələbə qazanıb, mərhələ keçmək deyil”

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Yagelloniya” (Polşa) - “Qəbələ” qarşılaşmasından (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis komandasının qələbəsini belə şərh edib:

“Qalib gəldiyimiz üçün çox sevinirik. Çünki bu, adi qələbə qazanıb, mərhələ keçmək deyil. İndiki çox çətin vəziyyətdə bunu bacardıq. Klubda deyil, komandadakı vəziyyəti nəzərdə tuturam. Çətinlik ondadır ki, komanda yenidir və onu qurmağa vaxtımız az olub. Futbolçularımla fəxr edir, onları sevirəm. Onlar belə çətin vəziyyətdə ciddi nəticə qazana bildilər. Bu qələbə bizim üçün çox vacib idi. İndi biz gündən-günə daha yaxşı olacağıq. Hər növbəti matçda bu komanda daha güclü olacaq. Biz bu gün ilk oyunla müqayisədə daha yaxşı idik. Komandada bundan da yaxşı oynamaq potensialı var. İndiki “Panatinaikos” haqda onu bilirik ki, bizimlə yenilənmiş komanda üz-üzə gələcək. İki il əvvəl qarşılaşdığımız heyətdən 2-3 futbolçu qalıb. Başa düşürük ki, bu komanda pis ola bilməz. Bu, Yunanıstan futbolunun nəhəngi, Avropada tanınan brenddir. Bizi iki ciddi qarşılaşma gözləyir. Bu matçlar çox maraqlı olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31