24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

AFFA İcraiyyə Komitəsinin üzvü: “Bu dəfə “Qarabağ” ÇL-də daha uzun yol qət edəcək”

“Xoş təsadüfdən Azərbaycan klubları mütəmadi olaraq avrokubokların ilkin mərhələlərində Gürcüstan təmsilçiləri ilə qarşılaşırlar. Bu, bizi sevindirməyə bilməz. Artıq Gürcüstan klubları üzərində qələbələrimiz ənənəvi hal alıb. Çox şadam ki, “Qarabağ” da Gürcüstan çempionunu mübarizədən kənarlaşdırdı”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov deyib.

M. Məmmədov dünən Tbilisidə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ”ın “Samtredia”nı 1:0 hesabı ilə məğlub etdiyi görüşü canlı olaraq stadiondan izləyib.

Əməkdaşımızın suallarını cavablandıran Mahir Məmmədov Ağdam klubunun bu mövsüm Çempionlar Liqasında daha uğurlu çıxış edəcəyinə inandığını bildirib:

“Qarabağ” ümumi nəticədə “Samtredia” üzərində 6:0 hesablı qələbə qazandı. Komandamız yoluna davam edir. Artıq növbəti mərhələdəki mümkün rəqiblərimiz də məlumdur. “Qarabağ” həm “Şerif”, həm də “Kukesi”yə qarşı inamlı çıxış edə biləcək gücdədir. İnanıram ki, bu dəfə “Qarabağ”ın ÇL-də yolu daha uzun olacaq”.

FƏRƏC, Tbilisi




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30