25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Qara Qareyev: “Bütün futbolçulara tövsiyə edirəm ki, arxayınlaşmasınlar”

“Səfərdə bizi çətin oyunun gözlədiyini bilirdik. İlk oyundakı hesaba baxmayaraq, bu gün də qalib gəlmək, ölkəmizin reytinq xalını yüksəltmək istəyirdik”.

Futbolxeber.az saytının Gürcüstana ezam olunmuş əməkdaşına açıqlamasında bu sözləri “Qarabağ”ın  üzvü Qara Qarayev Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündə “Samtredia” üzərində qazandıqları 1:0 hesablı qələbəni şərh edərkən deyib.

Q. Qarayev qeyd edib ki, yenilgiyə baxmayaraq, “Samtredia”dan bəzi şeyləri öyrənib: “Onların aqresiyalarını, məğlub olmamaq istəklərini bəyəndim. Qələbə qazandığımız üçün bütün “Qarabağ”sevərləri, Azərbaycan futbolunun azarkeşlərini təbrik edirəm”.

“Qarabağ”ın yarımmüdafiəçisi qeyd edib ki, növbəti mərhələdə hər hansı arxayınçılıqdan söhbət gedə bilməz: “Öz adımdan deyə bilərəm ki, ən ciddi, diqqətli olmalı olduğumuz mərhələyə başlayırıq. Hər addım, hər məşq bizi növbəti uğurlara apara bilər. Üçüncü mərhələdə hər şeyə sıfırdan başlayacağıq. Bütün futbolçulara da tövsiyə edərəm ki, arxayınlaşmasınlar. Bəzilərinin “Şerif” və “Kukesi” haqda məlumatı az ola bilər. Amma düşünürəm ki, bu rəqiblərdən hansı ilə qarşılaşmağımızdan asılı olmayaraq, bu, ən çətin oyunlardan biri olacaq. Çünki hər kəs bizi rəqibdən üstün sayır”.

Qarayev “Qarabağ”ın ikinci hissənin startında müdafiədə boşluqlar buraxması fikri ilə razılaşıb: “Müdafiədə müəyyən qədər anlaşılmazlıq yarandı. Adam paylaşa bilmədik və nəticədə boşluqlar oldu. Buna normal yanaşıram. Çünki rəqib evdə oynayırdı. Qol vurmaq istəyirdi. Əsas odur ki, rəqib həmin fürsətlərdən yararlana bilmədilər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30