24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Əmrah Çəlikəl: “Rəqibə zəif demək...” (MÜSAHİBƏ)

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Çempionlar Liqasının II təsnifat mərhələsində “Samtredia”ya qarşı keçirilən cavab görüşündən sonra azərbaycanlı jurnalistlər üçün brifinq keçirib. Futbolxeber.az saytının Gürcüstana ezam olunmuş əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik: 

- “Qarabağ” ikinci oyunda da “Samtredia”nı məğlub etdi. 1:0 hesablı qələbəni necə şərh edərdiz?

- Gözəl oyun alındı. 1:0 hesablı qələbə qazandıq. Yüksək əhval-ruhiyyə ilə artıq növbəti mərhələyə hazırlaşacağıq. Sabah rəqibimizin adı məlum olacaq.

- III mərhələdə rəqib qismində “Şerif”i görmək istərdiniz, yoxsa “Kukesi”ni?

- Rəqibin fərqi yoxdur. Düzdür, hamı “Şerif”i gözləyir 1:0-lıq üstünlüyünə görə. Amma indidən dəqiq nəsə demək olmaz. Qarşıda hələ daha bir 90 dəqiqə var.

- Püşkün bu dəfə “Qarabağ”ın üzünə güldüyünü söyləmək olar?

- Yox, bu fikirlə razı deyiləm. Çempionlar Liqasında zəif rəqib yoxdu. Çünki turnirdə hər ölkənin çempionu mübarizə aparır. Komanda çempion olubsa, müəyyən gücə sahibdir. Hansısa rəqibi zəif görməyin bizə xeyri yoxdur. Mətbuatdan da bu məsələdə dəstək gözləyirəm. Rəqibə zəif demək motivasiya itkisindən başqa bir şey deyil.

- Amma “Zalsburq”, “Seltik”lə müqayisədə həm “Şerif”, həm də “Kukesi” “Qarabağ”ın dişinə görə rəqibdir...

- Bu ancaq bizi sevindirə bilər. Lakin “Şerif”, yaxud “Kukesi” rəqib olsa belə, bu, 100 faiz mərhələni keçəcəyik demək deyil.

- “Qarabağ”ın Nikaraqua millisinin kapitanı Xuan Barreranı transfer etmək istəyi ilə bağlı xəbər nə dərəcədə realdır?

- Hazırda təzə danışıq apardığımız futbolçu yoxdur. Nikaraqualı futbolçu isə maraq dairəmizdə deyil.

- Yeni transferləriniz bu gün start heyətində yer almışdılar. Onların çıxışından razı qaldınız?

- Bu məsələdə əsas söz Qurban müəllimdədir. Məncə, o da razı qalar.

Fərəc Aslanov, Tbilisi

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30