29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Əbülfəs Qarayev: “Qarabağ”ın oyunundan ləzzət alıram”

“Hazırda işlə bağlı Tiflisdə olmağımdan istifadə edib “Samtredia” - “Qarabağ” matçına gəldim. Bu oyundan kənarda qala bilməzdim. Çünki komandalar arasında Bakıda keçirilən ilk oyunda da stadionda idim. 5:0 hesablı qələbədən sonra sevincimizin həddi-hüdudu yox idi”.

Futbolxeber.az saytının Tbilisiyə ezam olunmuş əməkdaşına açıqlamasında bu sözləri Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib.

Hazırda Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ” Boris Payçadze adına “Dinamo Arena”da “Samtredia”nın qonağıdır.

Görüşü canlı izləyən Ə. Qarayev çempionumuzun oyunundan razılıq edib: “Qarabağ kifayət qədər yüksək səviyəli oyun nümayiş etdirir. Komandamızın oyununda ləzzət alıram. Yaxşı kombinaysiyalar qurulur. “Qarabağ”da oyun planında hər şey qaydasındadı. İnanıram ki, ilk dəfə Çempionlar Liqasının qrupuna düşə biləcəyik. Bu, müasir Azərbaycan tarixində gözəl səhifə olardı”.

Nazir ölkədə futbolun inkişafına dövlət qayğısının olduğunu vurğulayıb: “Futbol hamımızın sevimli oyunudur. Azərbaycanda bu idman növünün inkişafı ilə bağlı dövlət, federasiya, SOCAR tərəfindən lazımi işlər görülür. İstərdim ki, getdikcə azərbaycanlı futbolçuların adı meydanda daha çox hallansın”.

Əbülfəs Qarayev azarkeşlik etdiyi yığmanın adını da açıqlayıb: “Alman futboluna üstünlük verirəm. Bu komanda dünyada ən güclülərdən biridir”.

Fərəc Aslanov, Tbilisi




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31