25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Qəbələ" də mərhələ keçməyə iddialıdır"

“Zədələnməyim fiziki hazırlığıma mane olsa da, zehni sakitlik tapmağa kömək etdi. Bu səbəbdən “Qəbələ” ilə Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununu da buraxmalı oldum. Artıq problemləri arxada qoymuşam. Cavab görüşündə meydana çıxıb-çıxmayacağımı bilmirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Yagelloniya"nın kapitanı Rafal Qrzub Avropa Liqasının ikinci təsnifat mərhələsində "Qəbələ" ilə cavab oyunu öncəsi poranny.pl-ə deyib.

34 yaşlı yarımmüdafiəçi bildirib ki, onları "Qəbələ" ilə çətin matç gözləyir: "Növbəti mərhələdəki potensial rəqibimiz “Panatinaikos” bir neçə il əvvəlki gücdə deyil. Yunanıstan klublarının problemlərini biliri. Amma buna baxmayaraq, “Panatinaikos” yenə də güclü rəqibdir. Biz isə bunadək “Qəbələ”ni də keçməliyik. İlk görüşdə yaxşı nəticə əldə etmişdik. Lakin rəqib də mərhələ keçməyə iddialıdır. Bizi  ağır cavab oyunu gözləyir. İlk növbədə qol buraxmamalı və sonra nə isə etməyə çalışmalıyıq. Avrokuboklarda heç də həmişə iştirak etmirik və bu üzdən hər matçımıza önəm verməliyik”.

Qeyd edək ki, “Yagelloniya” - "Qəbələ" görüşü iyulun 20-i Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30