20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanov: “Sabah meydanda tam hazır olanlar yer alacaq”

“İlk qarşılaşmadan sonra bildirmişdim ki, rəqibimiz yaxşı oyun göstərir və əzmkar mübarizə aparır. Ötən oyunda da hər qol buraxdıqdan sonra daha da aqressiv oynayırdı. Bunu xüsusilə qeyd edərdim".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının ikinci təsnifat mərhələsində səfərdə Gürcüstan "Samtredia"sına qarşı keçiriləcək cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O bildirib ki,  ilk matçda 5:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, rəqib xoş sözlərə layiqdir : “Bizim də çatışmazlıqlarımız var, bunları da aradan qaldırmaq üçün oyun praktikasına ehtiyacımız var. Nə qədər çox oyun keçirsək, bizim üçün o qədər yaxşıdır. Sabah meydanda tam hazır olan futbolçular yer alacaq. Oyuna gəldikdə isə rəqibin imkan verdiyi qədər hücum edəcəyik. Hücum etməklə yanaşı da müdafiə olunmağı da unutmamalıyıq. Sabah bizi Bakıdakından daha aqressiv qarşılaşma gözləyir”.

Qeyd edək ki, "Samtredia" - "Qarabağ" görüşü sabah keçiriləcək. Bu komandalar arasında ilk oyunda Ağdam klubu 5:0 hesabı ilə qalib gəlib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30