28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Zaur Svanadze: “Rəqibimizin “Qalatasaray” olmasını istərdim”

“İnter” Lüksemburqda da öz oyun üslubuna sadiq qalacaq. Evdə “Fola Eş”i 1:0 hesabı ilə məğlub etsək də, səfərdə müdafiədə oturmaq fikrimiz yoxdur”.

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadze Avropa Liqasının II təsnifat mərhələsində Lüksemburq təmsilçisi “Fola Eş” ilə cavab oyununu dəyərləndirərkən deyib.

59 yaşlı mütəxəssis bildirib ki, “İnter” Lüksemburqa bu gecə yola düşəcək. O, komandada heyətlə bağlı problemin olmadığını söyləyib: “Cavab görüşü üçün hazırlığımızı tamamlamışıq. Bu gecə səfərə çıxacağıq. Heyətdə zədəli futbolçu yoxdur. Oyunun mahiyyətini yaxşı anlayırıq. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Müdafiəyə aludə olmaq fikrində deyilik. Əlbəttə, ilk növbədə qapımızı toxunulmaz saxlamalıyıq. Lakin vuracağımız bir qol həlledici ola bilər”.

Püşkə əsasən “İnter” “Fola Eş” səddini keçəcəyi halda III təsnifat mərhələsində "Ostersun" (İsveç) - "Qalatasaray" (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq. Z.Svanadze növbəti rəqib kimi İstanbul təmsilçisini arzuladığını dilə gətirib: “İndidən nəsə demək tezdir. Çünki özümüz hələ növbəti mərhələyə vəsiqəni təmin etməmişik. Həmçinin kiminlə rəqib olacağımız da bilinmir. “Qalatasaray” səfərdə 0:2 hesabı ilə uduzub. Evdə keçirəcəkləri cavab görüşü asan olmayacaq. Bu komandanın Azərbaycanda çoxsaylı azarkeşlərinin olduğunu bilirəm. Mən də növbəti rəqibimizin “Qalatasaray” olmasını istərdim”.

Qeyd edək ki, iyulun 20-də keçiriləcək "Fola Eş" - "İnter" oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31