28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Azərbaycan UEFA reytinqində 22-cidi

UEFA ölkələrin və klub komandalarının yeni reytinq cədvəlini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, qurumun rəsmi saytında bu həftə keçirilən avrokubokların ikinci təsnifat mərhələsiin ilk matçlarından sonra tərtib olunan siyahıda Azərbaycan 16.375 xalla 22-ci yeri tutur. Bizdən 1 pillə öndə olan Kiprin 16.425 xalı var.

Azərbaycanla eyni xala malik Belarus 23-cü yerdədir. Lakin Azərbaycandan fərqli olaraq, Belarusun yarışdakı 4 təmsilçisindən 1-i artıq mübarizəni dayandırıb.

Avrokuboklarda son 5 mövsümdəki göstəricilərə əsasən hazırlanan reytinqdə Azərbaycandan ən yaxşı mövqedə “Qarabağ”dır. Ağdam klubu 90-cı yerdədir. Reytinqdəki digər 6 təmsilçimizdən “Qəbələ” 163-cü, “Neftçi” 182-ci, “İnter” 217-ci, “Kəpəz” 274-cü, “Xəzər Lənkəran” 276-cı, “Zirə” isə 307-ci tutur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31