29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qriqorçuk: “Bu səbəbdən də çoxsaylı səhvlərə yol verdik”

Bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda təmsilçimiz “Qəbələ” evdə “Yagelloniya” (Polşa) ilə 1:1 bərabərə qalıb. Futbolxeber.az-ın məlumatına görə, ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Təəccüblü heç nə baş vermədi. Əvvəlcədən bilirdik ki, çox çətin olacaq. Rəqib təşkilatlanmış komandadı. İstəyirdik ki, ilk dəqiqələrdən oyunun ipini yığaq. Bunu bacarmadıq. Bu səbəbdən də ilk dəqiqələrdə çoxsaylı səhvlərə yol verdik və əsəbilik yaşadıq. Ancaq sonradan oyunu ələ ala bildik. Düşünürəm ki, nəticə ədalətli idi.
 
- “Qəbələ”nin inamsız təsir bağışlaması nədən qaynaqlanır: komanda tam hazır deyil, yoxsa rəqib imkan vermədi?
- Rəqib 2 rəsmi oyun keçirib və sabit heyətə malikdi. Onlar yaxşı formadadılar. Bu cür oyun gözləyirdik. İlk 2-3 dəqiqədə 5-6 top itkisinə yol verdik.  Bu da bizdən xeyli güc aldı.
 
- İlqar Qurbanov əvəzlənməmişdən bir neçə dəqiqə əvvəl, sanki, oyundan çıxmışdı. Ona nə olmuşdu?
- İlqar əvəzetməni istəmişdi. Biz də hazırlaşırdıq. Bəlkə də, qıcolma baş vermişdi. Bu barədə onunla danışmamışıq.
 
- Komanda fiziki cəhətdən sonadək tab gətirmədi. Bu, nə ilə əlaqədardı?
- Fiziki hazırlığımız bizə bir çox oyunlarda yardım edib .
 
- Cavab oyunu üçün planlarınız hazırdı?
- Ümid edirik ki, daha yaxşı olacağıq. Bu gün çox güclü rəqiblə heç-heçə oynamışıq. Əlbəttə, hər iki komanda yenə fərqlənə bilərdi. İnanıram ki, debütantlarımız daha yaxşı formada olacaqlar, komandamız da daha məzmunlu oyun sərgiləyəcək.
 
- Araz Abdullayev haradadı?
- “18-liy”ə düşməmişdi.
 
- Müdafiənin sol cinahını ən zəif mövqeyini hesab edirik. Ürfan Abbasovun mövqeyinə transfer axtarışları gedirmi?
- İstəməzdim bir fərd üzərində dayanaq. Kim daha hazırlıqlı idisə, o da oynadı. Cavab oyununda kimlər oynayacaq? Birmənalı şəkildə ən yaxşılar. Ancaq qarşıda 5 gün var. Həmi günə kim daha yaxşı hazır olsa, o da meydana çıxacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31